https://sputnik.az/20241123/azerbaycanda-deputatlara-menziller-verilib-468958549.html
Azərbaycanda deputatlara mənzillər verilib
Azərbaycanda deputatlara mənzillər verilib
Sputnik Azərbaycan
Bildirilir ki, yeni mənzil alanlar arasında həm evi olanlar, həm də əlavə evə ehtiyacı olanlar var. 23.11.2024, Sputnik Azərbaycan
2024-11-23T13:09+0400
2024-11-23T13:09+0400
2024-11-23T13:09+0400
milli məclis
cəmiyyət
deputat
mənzil
sumqayıt
abşeron
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_0:0:1800:1014_1920x0_80_0_0_d825fc68d136405a547658f5f5a9beae.jpg
BAKI, 23 noyabr — Sputnik. Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib. Sputnik Azərbaycan-ın Modern.az -a istinadən məlumatına görə, deputatlar bunu özləri də təsdiqləyiblər. Lakin mənzil alan deputatlar təbrikləri qəbul etsələr də, bu mövzuda danışmağa həvəs göstərməyiblər. Araşdırma zamanı bu məsələyə dair digər maraqlı məlumatlar da ortaya çıxıb. Məlum olub ki, VI çağırış Milli Məclisin bəzi deputatları mənzil almaq təklifindən imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, yaşayış şəraitləri kifayət qədər yaxşı olduğundan yeni mənzilə ehtiyacları yoxdur. Amma mənzilləri olan bəzi deputatlar yeni evə də "yox" deyə bilməyib və bunun üçün məktub yazaraq, əlavə yaşayış sahəsinə sahibləniblər. Beləliklə də yeni mənzil alanlar arasında həm evi olanlar, həm də buna ehtiyac duyanlar var. Qeyd edək ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatlara mənzillər verilib. Xatırladaq ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər. Sözügedən qanunun 26-cı maddəsində deyilir: "Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_102:0:1711:1207_1920x0_80_0_0_e339975df444323b3f84d1df446cf4ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis, deputat, mənzil, sumqayıt, abşeron
milli məclis, deputat, mənzil, sumqayıt, abşeron
Azərbaycanda deputatlara mənzillər verilib
Bildirilir ki, yeni mənzil alanlar arasında həm evi olanlar, həm də əlavə evə ehtiyacı olanlar var.
BAKI, 23 noyabr — Sputnik. Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib. Sputnik Azərbaycan-ın Modern.az -a istinadən məlumatına görə, deputatlar bunu özləri də təsdiqləyiblər. Lakin mənzil alan deputatlar təbrikləri qəbul etsələr də, bu mövzuda danışmağa həvəs göstərməyiblər.
Araşdırma zamanı bu məsələyə dair digər maraqlı məlumatlar da ortaya çıxıb. Məlum olub ki, VI çağırış Milli Məclisin bəzi deputatları mənzil almaq təklifindən imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, yaşayış şəraitləri kifayət qədər yaxşı olduğundan yeni mənzilə ehtiyacları yoxdur.
Amma mənzilləri olan bəzi deputatlar yeni evə də "yox" deyə bilməyib və bunun üçün məktub yazaraq, əlavə yaşayış sahəsinə sahibləniblər.
Beləliklə də yeni mənzil alanlar arasında həm evi olanlar, həm də buna ehtiyac duyanlar var.
Qeyd edək ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatlara mənzillər verilib.
Xatırladaq ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər.
Sözügedən qanunun 26-cı maddəsində deyilir:
"Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir".