https://sputnik.az/20241123/abs-ve-ngiltere-tekce-rusiya-ile-deyil-a-olkeleri-ile-de-muharibe-aparirlar-468960056.html
ABŞ və İngiltərə təkcə Rusiya ilə deyil, Aİ ölkələri ilə də müharibə aparırlar
ABŞ və İngiltərə təkcə Rusiya ilə deyil, Aİ ölkələri ilə də müharibə aparırlar
Sputnik Azərbaycan
Rusiya ilə dostluq münasibətlərini bərpa etməkdə maraqlı olacaq yeganə qüvvə, İtaliyanın milli maraqlarını qorumağa yönəlmiş, yəni İtaliyada işləmək istəyən... 23.11.2024, Sputnik Azərbaycan
2024-11-23T21:44+0400
2024-11-23T21:44+0400
2024-11-23T21:44+0400
abş
dünya xəbərləri
britaniya
asiya
ai
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443413347_0:0:3071:1728_1920x0_80_0_0_699a5bf3128522ef4cff4182a1e56bc2.jpg
BAKI, 23 noyabr — Sputnik. ABŞ və Böyük Britaniya təkcə Rusiyaya qarşı deyil, həm də tətbiq etmək məcburiyyətində qaldıqları sanksiyalardan açıq-aydın əziyyət çəkən Fransa, İtaliya və Almaniyaya qarşı müharibə aparırlar. Bu fikri "Ria Novosti" ilə müsahibəsində italyan jurnalist Cordco Byanki bildirib. "Məndə belə bir təəssürat var ki, bu, Amerika Birləşmiş Ştatlarının təkcə Rusiyaya deyil, həm də İtaliya, Almaniya və Fransaya qarşı müharibəsidir. Yəni, bu sanksiyalar Rusiyadan çox bizə qarşı yönəliblər" - agentliyin həmsöhbəti deyib. Onun qiymətləndirməsinə görə, ABŞ və Böyük Britaniya bu sanksiyalardan İkinci Dünya Müharibəsi zamanı Avropa ölkələrinin sənaye ərazilərinin bombalanmasından daha çox fayda əldə ediblər. "İri müəssisələr, sadəcə olaraq, ölkələrdən kənara çıxarılacaq. Onlar artıq qismən Asiyaya köçürülüblər, indi də ABŞ-a aparılacaqlar, çünki orada biznes üçün daha əlverişli şərait var" - jurnalist əlavə edib. O qeyd edib ki, İtaliyada, eləcə də digər Avropa ölkələrində öz vətənlərində işləmək istəyən sahibkarların sayı getdikcə azalır. Həmsöhbətin sözlərinə görə, bu gün İtaliyada fəaliyyət göstərən bir çox müəssisə ya xarici, ya da əvvəlcə İtalyan olub sonradan xarici şirkətlər tərəfindən mənimsənilmiş olanlardır. "Rusiya ilə dostluq münasibətlərini bərpa etməkdə maraqlı olacaq yeganə qüvvə, İtaliyanın milli maraqlarını qorumağa yönəlmiş, yəni İtaliyada işləmək istəyən, İtaliya iqtisadiyyatının quruluşunu inkişaf etdirmək istəyən İtalyan sahibkarlarıdır" – jurnalist ehtimal edir. Bundan əvvəl İtaliya şəhərlərində Rusiya ilə sülhə çağıran plakatlar quraşdırıldığı barədə məlumat verilmişdi.
asiya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443413347_284:0:3015:2048_1920x0_80_0_0_e7c798d7e2fb1df1a64d9f567212cc00.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, britaniya, asiya, ai, rusiya
abş, britaniya, asiya, ai, rusiya
ABŞ və İngiltərə təkcə Rusiya ilə deyil, Aİ ölkələri ilə də müharibə aparırlar
Rusiya ilə dostluq münasibətlərini bərpa etməkdə maraqlı olacaq yeganə qüvvə, İtaliyanın milli maraqlarını qorumağa yönəlmiş, yəni İtaliyada işləmək istəyən, İtaliya iqtisadiyyatının quruluşunu inkişaf etdirmək istəyən İtalyan sahibkarlarıdır.
BAKI, 23 noyabr — Sputnik. ABŞ və Böyük Britaniya təkcə Rusiyaya qarşı deyil, həm də tətbiq etmək məcburiyyətində qaldıqları sanksiyalardan açıq-aydın əziyyət çəkən Fransa, İtaliya və Almaniyaya qarşı müharibə aparırlar.
Bu fikri "Ria Novosti" ilə müsahibəsində italyan jurnalist Cordco Byanki bildirib.
"Məndə belə bir təəssürat var ki, bu, Amerika Birləşmiş Ştatlarının təkcə Rusiyaya deyil, həm də İtaliya, Almaniya və Fransaya qarşı müharibəsidir. Yəni, bu sanksiyalar Rusiyadan çox bizə qarşı yönəliblər" - agentliyin həmsöhbəti deyib.
Onun qiymətləndirməsinə görə, ABŞ və Böyük Britaniya bu sanksiyalardan İkinci Dünya Müharibəsi zamanı Avropa ölkələrinin sənaye ərazilərinin bombalanmasından daha çox fayda əldə ediblər.
"İri müəssisələr, sadəcə olaraq, ölkələrdən kənara çıxarılacaq. Onlar artıq qismən Asiyaya köçürülüblər, indi də ABŞ-a aparılacaqlar, çünki orada biznes üçün daha əlverişli şərait var" - jurnalist əlavə edib.
O qeyd edib ki, İtaliyada, eləcə də digər Avropa ölkələrində öz vətənlərində işləmək istəyən sahibkarların sayı getdikcə azalır. Həmsöhbətin sözlərinə görə, bu gün İtaliyada fəaliyyət göstərən bir çox müəssisə ya xarici, ya da əvvəlcə İtalyan olub sonradan xarici şirkətlər tərəfindən mənimsənilmiş olanlardır.
"Rusiya ilə dostluq münasibətlərini bərpa etməkdə maraqlı olacaq yeganə qüvvə, İtaliyanın milli maraqlarını qorumağa yönəlmiş, yəni İtaliyada işləmək istəyən, İtaliya iqtisadiyyatının quruluşunu inkişaf etdirmək istəyən İtalyan sahibkarlarıdır" – jurnalist ehtimal edir.
Bundan əvvəl İtaliya şəhərlərində Rusiya ilə sülhə çağıran plakatlar quraşdırıldığı barədə məlumat verilmişdi.