https://sputnik.az/20241123/2025-ci-ilde-minimum-istehlak-sebetinin-terkibine-yeniden-baxilacaq-468933016.html
Gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
Gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
Sputnik Azərbaycan
Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə 2014-cü ildə yenilənib. 23.11.2024, Sputnik Azərbaycan
2024-11-23T09:27+0400
2024-11-23T09:27+0400
2024-11-23T11:03+0400
istehlak səbəti
iqtisadiyyat
pensiyaçı
əmək pensiyaçıları
kartof
kartof
çörək
bostan
ət
ət
https://cdnn1.img.sputnik.az/img/40316/13/403161365_0:142:1801:1155_1920x0_80_0_0_4ec05b8c49f2d63dcc4d304c2ca659a2.jpg
BAKI, 23 noyabr — Sputnik. "2025-ci ildə minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq". Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib. "Minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi İqtisadiyyat Nazirliyinin daim gündəmdə saxladığı məsələdir. Bununla bağlı müəyyən İşçi Qrupu fəaliyyət göstərir. Həmin İşçi Qrupunun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Səbətin tərkibinə baxılıb və saxlanılması qərarına gəlinib. 2025-ci ildə İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. Mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq", - deyə H.Hüseynov bildirib. Minimum istehlak səbəti nədir? Qeyd edək ki, Azərbaycanda minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə təsdiq edilib. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə hesablanır. Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə 2014-cü ildə yenilənib. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Yaşayış minimumu isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Gələn il üçün yaşayış minimumunun həddi 285 manat götürüləcək. 2024-cü il üçün isə yaşayış minimumu ölkə üzrə 270 manatdır. Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır: -ərzaq məhsullarının minimum toplusu; -fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.); -xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.). "Bir sıra ölkələrdə teatra, hətta səfərə getmək minimum istehlak səbətinə daxil edilir" İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, yaşayış minimumunun hesablanması ilə bağlı qaydalar köhnəlib, bu, dəyişdirilməlidir: "Məsələn, bir sıra ölkələrdə ildə bir dəfə teatra, hətta səfərə getmək minimum istehlak səbətinə daxil edilir. Bizdə isə minimum istehlak səbətində bu, yoxdur. Ona görə də minimum istehlak səbətinin tərkibi yenidən təsdiq edilməlidir. Mövcud minimum istehlak səbətinin tərkibində internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Məsələn, 4 nəfərlik ailə götürsək, adambaşına 15 dəqiqə internetdən istifadə düşür. Müasir insan isə gün ərzində 15 dəqiqədən çox internetdən istifadə edir". "Lakin birdən-birə yeni hesablama qaydaları gətirilsə, yaşayış minimumunun məbləği daha böyük olsa, yoxsulluq səviyyəsində ciddi artım ola bilər, minimum əməkhaqqının qaldırılmasına ehtiyac yarana bilər", - deyə o qeyd edib. Minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları... Xatırladaq ki, mövcud minimum istehlak səbətinin tərkibinə əsasən, məsələn, əmək qabiliyyətli əhali üçün illik adambaşına 136,8 kiloqram (kq) çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 32,9 kq ət və ət məhsulları, 150 ədəd yumurta və s. nəzərdə tutulub. Pensiyaçılar üçün illik adambaşına 107,9 kq çörək və çörək məhsulları, 40,2 kq kartof, 85,2 kq tərəvəz və bostan məhsulları, 25,6 kq ət və ət məhsulları, 100 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib. Uşaqlar üçün (0-15 yaş) illik adambaşına 100,5 kq çörək və çörək məhsulları, 42 kq kartof, 100,7 kq tərəvəz və bostan məhsulları, 29,6 kq ət və ət məhsulları, 183 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40316/13/403161365_83:0:1684:1201_1920x0_80_0_0_dd10f9faad6a56e93d9f602c8fec0c52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
istehlak səbəti, pensiyaçı, əmək pensiyaçıları, kartof, kartof, çörək, bostan, ət, ət
istehlak səbəti, pensiyaçı, əmək pensiyaçıları, kartof, kartof, çörək, bostan, ət, ət
Gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
09:27 23.11.2024 (Yenilənib: 11:03 23.11.2024) Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə 2014-cü ildə yenilənib.
BAKI, 23 noyabr — Sputnik. "2025-ci ildə minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq".
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
"Minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi İqtisadiyyat Nazirliyinin daim gündəmdə saxladığı məsələdir. Bununla bağlı müəyyən İşçi Qrupu fəaliyyət göstərir. Həmin İşçi Qrupunun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Səbətin tərkibinə baxılıb və saxlanılması qərarına gəlinib. 2025-ci ildə İşçi Qrupun yenidən görüşünü planlaşdırırıq. Mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq", - deyə H.Hüseynov bildirib.
Minimum istehlak səbəti nədir?
Qeyd edək ki, Azərbaycanda minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli qərarı ilə təsdiq edilib. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə hesablanır. Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə 2014-cü ildə yenilənib.
Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Yaşayış minimumu isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Gələn il üçün yaşayış minimumunun həddi 285 manat götürüləcək. 2024-cü il üçün isə yaşayış minimumu ölkə üzrə 270 manatdır.
Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:
-ərzaq məhsullarının minimum toplusu;
-fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.);
-xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.).
"Bir sıra ölkələrdə teatra, hətta səfərə getmək minimum istehlak səbətinə daxil edilir"
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, yaşayış minimumunun hesablanması ilə bağlı qaydalar köhnəlib, bu, dəyişdirilməlidir:
"Məsələn, bir sıra ölkələrdə ildə bir dəfə teatra, hətta səfərə getmək minimum istehlak səbətinə daxil edilir. Bizdə isə minimum istehlak səbətində bu, yoxdur. Ona görə də minimum istehlak səbətinin tərkibi yenidən təsdiq edilməlidir. Mövcud minimum istehlak səbətinin tərkibində internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Məsələn, 4 nəfərlik ailə götürsək, adambaşına 15 dəqiqə internetdən istifadə düşür. Müasir insan isə gün ərzində 15 dəqiqədən çox internetdən istifadə edir".
"Lakin birdən-birə yeni hesablama qaydaları gətirilsə, yaşayış minimumunun məbləği daha böyük olsa, yoxsulluq səviyyəsində ciddi artım ola bilər, minimum əməkhaqqının qaldırılmasına ehtiyac yarana bilər", - deyə o qeyd edib.
Minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları...
Xatırladaq ki, mövcud minimum istehlak səbətinin tərkibinə əsasən, məsələn, əmək qabiliyyətli əhali üçün illik adambaşına 136,8 kiloqram (kq) çörək və çörək məhsulları, 54,8 kq kartof, 97,2 kq tərəvəz və bostan məhsulları, 32,9 kq ət və ət məhsulları, 150 ədəd yumurta və s. nəzərdə tutulub.
Pensiyaçılar üçün illik adambaşına 107,9 kq çörək və çörək məhsulları, 40,2 kq kartof, 85,2 kq tərəvəz və bostan məhsulları, 25,6 kq ət və ət məhsulları, 100 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib.
Uşaqlar üçün (0-15 yaş) illik adambaşına 100,5 kq çörək və çörək məhsulları, 42 kq kartof, 100,7 kq tərəvəz və bostan məhsulları, 29,6 kq ət və ət məhsulları, 183 ədəd yumurta və digər məhsullar minimum istehlak səbətinə daxil edilib.