DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrailin İslam dövlətləri tərəfindən iqtisadi blokadaya alınmasının vaxtı çatıb - General

© AP Photo / Oded BaliltyTəl-Əviv şəhərinə mənzərə, arxiv
Təl-Əviv şəhərinə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 22.11.2024
Abunə olmaq
SEPAH komandanı bildirib ki, İsrail rejiminin hakimiyyət orqanlarının rəhbərlərinin həbs qərarı bu rejimin siyasi ölümü ilə bağlıdır.
BAKI, 22 noyabr — Sputnik. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri və keçmiş müdafiə nazirinin həbsinə order verməsi İsrail rejiminin siyasi ölümündən xəbər verir. RİA Novosti xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanı general-mayor Hüseyn Səlami bildirib.
Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verib.
"İsrail rejiminin hakimiyyət orqanlarının rəhbərlərinin həbs qərarı bu rejimin siyasi ölümü ilə bağlıdır. Dünya bu cinayətkar rejimin üzünə qapılarını bağlayıb və bu rejimin xüsusilə İslam dövlətləri tərəfindən dəniz, quru və havadan iqtisadi blokadaya alınmasının vaxtı çatıb", Salami bildirib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının yaraqlıları sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, İsrail tərəfində 1,2 minə yaxın insan həlak olub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri mülki hədəflərə hücumları əhatə edən "Dəmir Qılınclar" əməliyyatına başlayıb və Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Xəbər lenti
0