Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qubernator: Həştərxan vilayəti Azərbaycan mallarının tranziti üçün hər cür şərait yaradıb

© Photo : Пресс-служба Губернатора Астраханской областиHəştərxan vilayətinin qubernatoru İqor Babuşkin
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin - Sputnik Azərbaycan, 1920, 22.11.2024
Abunə olmaq
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, Azərbaycan və Rusiya regionu müntəzəm gəmiçilik xəttinin açılması məsələsi üzərində işləyir.
BAKI, 22 noyabr — Sputnik. Həştərxanda Azərbaycan mallarının Rusiya regionlarına vilayətin logistika imkanları vasitəsilə rahat tranzitini təmin etmək üçün lazımi şərait yaradılıb.
Bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində deyib.

"Həştərxan vilayəti ən mühüm geostrateji ərazidir, Rusiyanın Xəzər dənizindəki beynəlxalq iqtisadi əlaqələrinin əsas mərkəzidir. Biz "Şimal-Cənub" dəhlizinin inkişafına böyük diqqət yetiririk, ona görə də yükdaşımaların həcminin artırılması prioritet vəzifələrdən. Biz nəqliyyat hablarının tam gücü ilə işləməsini təmin etmək üçün hər cür səy göstəririk", - Babuşkin qeyd edib.

Qubernatorun sözlərinə görə, Azərbaycan ilə Həştərxan vilayəti arasında yüklərin əsas axını dəmir yolu nəqliyyatından əldə edilir. Həştərxanda dəmir yolu habı fəaliyyət göstərir. Onun vasitəsilə Azərbaycandan Rusiyaya mallar çatdırılır, həmçinin İran, Türkiyə və Hindistandan tranzit yüklər daşınır.
Babuşkin qeyd edib ki, bu nəqliyyat xəttinin hazırkı potensialı ildə təxminən 1 milyon ton yük təşkil edir, lakin şirkət dəmir yolu ilə yükdaşımalarını ildə 20 milyon tona qədər genişləndirməyi və inkişaf etdirməyi planlaşdırır.

"Eyni zamanda, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) transxəzər hissəsinin perspektivlərini qeyd etmək istərdim. Burada Volqa-Xəzər dəniz gəmiçiliyi kanalında 4,5 metr məsafədə gəmilərin keçidinə nail olunub və sualtı qazma işləri davam etdirilir. Biz limanın xüsusi iqtisadi zonasında infrastruktur yaradırıq", - Sputnik-in həmsöhbəti bildirib.

Babuşkinin sözlərinə görə, bütün bunlar yük dövriyyəsinə təsir edib - keçən il bu, 50% artaraq 4,5 milyon ton təşkil edib. Bu ildə də intensiv artım qeydə alınıb - doqquz ay ərzində yük dövriyyəsi 27% artaraq 4 milyon tona çatıb.
Eyni zamanda, Həştərxan vilayətinin qubernatoru qeyd edib ki, Azərbaycan tərəfi ilə müntəzəm gəmiçilik xəttinin açılması məsələsi üzərində iş gedir.
"Biz bu layihənin aktuallığının Xəzər klasterinin, xüsusən də liman infrastrukturunun və konteyner habının istismara verilməsi ilə artacağını gözləyirik. Azərbaycanlı tərəfdaşlarımızı nəqliyyat-logistika sahəsində əməkdaşlığa dəvət edirik", - diplomat əlavə edib.
Əməkdaşlığın inkişafı üzrə proqramın mənası nədir?
Sputnik-in həmsöhbəti bildirib ki, bu ilin may ayında Həştərxan vilayəti ilə Azərbaycan arasında imzalanmış 2024-2026-cı illər üzrə əməkdaşlığın inkişafı proqramı ticarət-iqtisadi sahədə tədbirləri əhatə edir.
Belə ki, tədbirlər Həştərxan logistika habları vasitəsilə Azərbaycandan Rusiyaya və əks istiqamətdə yükdaşımaların inkişafına, habelə gəmiqayırma və sənaye kooperasiyası sahəsində əməkdaşlığa yönəldiləcək.
Qubernator qeyd edib ki, bu tədbirlər həmçinin qarşılıqlı biznes missiyalarında və sərgilərdə iştirak etməyi nəzərdə tutur.
Proqrama ticarət-iqtisadi sahədə tədbirlər daxildir
Həştərxan logistika qovşaqları vasitəsilə Azərbaycandan Rusiyaya və əks istiqamətdə yükdaşımaların, gəmiqayırma və sənaye əməkdaşlığı sahəsində əməkdaşlığın inkişafına yönəlmiş tədbirlər daxildir, qarşılıqlı işgüzar missiya və sərgilərdə iştirak nəzərdə tutulur.
Программа включает в себя мероприятия в торгово-экономической сфере, в том числе направленные на развитие грузоперевозок из Азербайджана в Россию и в обратном направлении через астраханские логистические хабы, сотрудничества в области судостроения и промышленной кооперации, предусматривает участие во взаимных бизнес-миссиях, выставках.

"Biz bu proqramı əməkdaşlıq haqqında sazişin praktiki icrası məqsədilə azərbaycanlı həmkarlarımızla birgə hazırlamışıq. Qeyd etmək istərdim ki, belə bir sənədi ilk dəfə imzalamırıq və qarşılıqlı fəaliyyətin təşkilinin bu forması özünü çox təsirli kimi sübut edib", - qubernator söyləyib.

Babuşkinin sözlərinə görə, bu il proqram çərçivəsində Həştərxan vilayətinin ixracatçıları Azərbaycan ərazisində keçirilən iki beynəlxalq sərgidə iştirak ediblər, həmçinin Azərbaycan biznesinin nümayəndələri də Xəzər dənizi ölkələrinin "Delovoy Kaspiy" Beynəlxalq Ticarət və Sənaye Palatası Şurasının 21-ci iclasının tədbirlərində iştirakçı qismində olublar.
"Tədbirlərin böyük bloku humanitar sahəyə həsr olunub və mədəniyyət, təhsil, gənclər siyasəti və idman sahələrində əməkdaşlığı nəzərdə tutur. Universitetlərarası əməkdaşlıq fəal şəkildə aparılır, tələbələrimiz və müəllimlərimiz elmi konfranslarda və dəyirmi masalarda iştirak edirlər. Azərbaycandan olan tələbələrin və alimlərin Xəzər Elmi-Təhsil Konqresinin tədbirlərində onlayn formatda iştirakı da olub", - Babuşkin qeyd edib.
Sentyabr ayında Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti hər il Həştərxanda keçirilən "BereqA" gənclər təhsil forumunda iştirak edib. Bundan əlavə, Azərbaycandan olan tələbə komandası "Xəzər Oyunları"nda yarışıb.
"Tədbirlər planı çərçivəsində işləri bütün istiqamətlərdə davam etdirəcəyik", - Sputnik-in həmsöhbəti fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakı limanında yük konteynerləri, arxiv - Sputnik Azərbaycan, 1920, 14.11.2024
İQTİSADİYYAT
Azərbaycanın Həştərxan limanlarında hansı maraqları var?
Xəbər lenti
0