https://sputnik.az/20241122/orban-qerb-oresnik-raketinin-buraxilmasina-ciddi-yanasmalidir-468945029.html
Orban: Qərb "Oreşnik" raketinin buraxılmasına ciddi yanaşmalıdır
Orban: Qərb "Oreşnik" raketinin buraxılmasına ciddi yanaşmalıdır
Sputnik Azərbaycan
Noyabrın 21-də Vladimir Putin ən yeni orta mənzilli "Oreşnik" raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. 22.11.2024, Sputnik Azərbaycan
2024-11-22T22:21+0400
2024-11-22T22:21+0400
2024-11-22T22:21+0400
viktor orban
dünya xəbərləri
macarıstan
macarıstanın baş naziri
putin
putin
rusiya prezidenti vladimir putin
müraciət
müraciət
raket
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022796_0:0:3073:1728_1920x0_80_0_0_fa91f3abc42389f655bab283bae63cfb.jpg
BAKI, 22 noyabr — Sputnik. Rusiyanın nüvə doktrinasının dəyişdirilməsi, həmçinin "Oreşnik" hipersəs ballistik raketinin sınaqdan keçirilməsi Rusiya lideri Vladimir Putin tərəfindən zarafatyana atılan addımlar deyil. Qərb vəziyyətə ciddi yanaşmamalıdır. Bunu Macarıstanın baş naziri Viktor Orban "Radio Kossuth"un efirində deyib. "Bir gün əvvəl Putin vətəndaşlara müraciət etdi və açıq şəkildə bildirdi ki, onlar Ukraynaya uzaqmənzilli silah verən dövlətləri hərbi hədəf elan etmək hüququna malikdirlər. Rusiya kimi bir ölkə bu mövzuda nə deyirsə, o cür qəbul edilməlidir" - Orban bildirib. Xatırladaq ki, noyabrın 21-də Vladimir Putin ən yeni orta mənzilli "Oreşnik" raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Rusiya liderinin sözlərinə görə, Dnepropetrovskda Rusiya Silahlı Qüvvələri Ukraynanın "Yujmaş" müəssisəsinə, xüsusən də raket istehsalı ilə məşğul olan müəssisəyə hücum edib. Daha əvvəl Andrey Kartapolov bildirmişdi ki, Qərb Vladimir Putinin Rusiya raketləri ilə bağlı bəyanatından sonra qorxmalı və titrəməlidir. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri vurğulayıb ki, Ukraynadakı xüsusi əməliyyat bütün verilən tapşırıqlar yerinə yetirilənə qədər öz başına davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022796_131:0:2862:2048_1920x0_80_0_0_8c065bdfd9211ebea661a873782c45a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
viktor orban, macarıstan, macarıstanın baş naziri, putin, putin, rusiya prezidenti vladimir putin, müraciət, müraciət, raket
viktor orban, macarıstan, macarıstanın baş naziri, putin, putin, rusiya prezidenti vladimir putin, müraciət, müraciət, raket
Orban: Qərb "Oreşnik" raketinin buraxılmasına ciddi yanaşmalıdır
Noyabrın 21-də Vladimir Putin ən yeni orta mənzilli "Oreşnik" raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
BAKI, 22 noyabr — Sputnik. Rusiyanın nüvə doktrinasının dəyişdirilməsi, həmçinin "Oreşnik" hipersəs ballistik raketinin sınaqdan keçirilməsi Rusiya lideri Vladimir Putin tərəfindən zarafatyana atılan addımlar deyil. Qərb vəziyyətə ciddi yanaşmamalıdır.
Bunu Macarıstanın baş naziri Viktor Orban "Radio Kossuth"un efirində deyib.
"Bir gün əvvəl Putin vətəndaşlara müraciət etdi və açıq şəkildə bildirdi ki, onlar Ukraynaya uzaqmənzilli silah verən dövlətləri hərbi hədəf elan etmək hüququna malikdirlər. Rusiya kimi bir ölkə bu mövzuda nə deyirsə, o cür qəbul edilməlidir" - Orban bildirib.
Xatırladaq ki, noyabrın 21-də Vladimir Putin ən yeni orta mənzilli "Oreşnik" raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Rusiya liderinin sözlərinə görə, Dnepropetrovskda Rusiya Silahlı Qüvvələri Ukraynanın "Yujmaş" müəssisəsinə, xüsusən də raket istehsalı ilə məşğul olan müəssisəyə hücum edib.
Daha əvvəl Andrey Kartapolov bildirmişdi ki, Qərb Vladimir Putinin Rusiya raketləri ilə bağlı bəyanatından sonra qorxmalı və titrəməlidir. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri vurğulayıb ki, Ukraynadakı xüsusi əməliyyat bütün verilən tapşırıqlar yerinə yetirilənə qədər öz başına davam edəcək.