CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 22.11.2024
Abunə olmaq
Milli Məclisin və onun aparatının xərclər smetası 51851447 manat olacaq.
BAKI, 22 noyabr — Sputnik. Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub.
Milli Məclisin və onun aparatının xərclər smetası 51 milyon 851447 manat olacaq.
Həmin vəsaitin 29 milyon 396034 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 milyon 235143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə, 40 min manatı beynəlxalq telefon danışıqlarına, 105362 manatı internet xidməti haqqının ödənilməsinə, 121040 manatı ölkədaxili ezamiyyətlərə, 2 milyon 300000 manatı xarici ezamiyyətlərə, 26400 manatı kirayə haqqına və digər xərclərin ödənilməsinə yönəldiləcək.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri noyabrın 25-dən etibarən Milli Məclisin plenar iclaslarında müzakirə ediləcək.
Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsinə də baxılacaq.
Xəbər lenti
0