https://sputnik.az/20241122/dovlet-serhedini-pozmaga-cehd-gosteren-60-dan-cox-serhed-pozucusu-saxlanilib-468940974.html
Dövlət sərhədini pozmağa cəhd göstərən 60-dan çox sərhəd pozucusu saxlanılıb
Dövlət sərhədini pozmağa cəhd göstərən 60-dan çox sərhəd pozucusu saxlanılıb
Sputnik Azərbaycan
Saxlanılan şəxslər Azərbaycan-Gürcüstan və əks isitqamətdə dövlət sərhəddini pozmağa cəhd göstəriblər. 22.11.2024, Sputnik Azərbaycan
2024-11-22T15:46+0400
2024-11-22T15:46+0400
2024-11-22T15:50+0400
sərhəd
cəmiyyət
sərhəd pozucusu
qazax
dövlət sərhəd xidməti
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513356_0:151:3076:1881_1920x0_80_0_0_acc1e1793595cfe07d7d3c74aa06b8cb.jpg
BAKI, 22 noyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin "Qazax" əlahiddə sərhəd diviziyasının Babəkər sərhəd zastavasının sərhədçiləri yaşıl sərhəd zonasında şərti sərhəd pozucularının yaxalanaraq zərərsizləşdirilməsi əməliyyatını icra ediblər. "Qazax" əlahiddə sərhəd diviziyasına təşkil olunan media-tur iştirakçıları Qazax ərazisində yerləşən Babəkər sərhəd zastavasının xidməti ərazisində olublar. Jurnalistlər burada yaradılmış xidmət şəraiti ilə tanış olaraq, sərhədlərin mühafizəsi xidmətinin təşkilini müşahidə ediblər. Bundan başqa, sərhəd zastavasının hərbi qulluqçuları Gürcüstanla sərhəddə şərti sərhəd pozucularını texniki vasitələr və xidməti heyvanlardan istifadə etməklə yaxalayaraq zərərsizləşdirmə əməliyyatını icra ediblər. Həmçinin jurnalistlərə zastava haqqında məlumat verilib. Bildirilib ki, sözügedən zastavanın xidməti ərazisi əsasən Azərbaycan-Gürcüstan ərazisində yerləşir. Cəmi bir sərhəd məntəqəsi isə Ermənistanla şərti sərhəd sahəsinə düşür. 2024-cü il ərzində Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasının "Babəkər" sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 60-dan çox sərhəd pozucusu sərhədçilərin həyata keçirdiyi uğurlu əməliyyatlarla saxlanılıb. Saxlanılan şəxslər Azərbaycan-Gürcüstan və əks isitqamətdə dövlət sərhəddini pozmağa cəhd göstəriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513356_347:0:3076:2047_1920x0_80_0_0_262b730b79e443e65b7806064bf8bd22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərhəd, sərhəd pozucusu, qazax, dövlət sərhəd xidməti, gürcüstan
sərhəd, sərhəd pozucusu, qazax, dövlət sərhəd xidməti, gürcüstan
Dövlət sərhədini pozmağa cəhd göstərən 60-dan çox sərhəd pozucusu saxlanılıb
15:46 22.11.2024 (Yenilənib: 15:50 22.11.2024) Saxlanılan şəxslər Azərbaycan-Gürcüstan və əks isitqamətdə dövlət sərhəddini pozmağa cəhd göstəriblər.
BAKI, 22 noyabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin "Qazax" əlahiddə sərhəd diviziyasının Babəkər sərhəd zastavasının sərhədçiləri yaşıl sərhəd zonasında şərti sərhəd pozucularının yaxalanaraq zərərsizləşdirilməsi əməliyyatını icra ediblər.
"Qazax" əlahiddə sərhəd diviziyasına təşkil olunan media-tur iştirakçıları Qazax ərazisində yerləşən Babəkər sərhəd zastavasının xidməti ərazisində olublar. Jurnalistlər burada yaradılmış xidmət şəraiti ilə tanış olaraq, sərhədlərin mühafizəsi xidmətinin təşkilini müşahidə ediblər.
Bundan başqa, sərhəd zastavasının hərbi qulluqçuları Gürcüstanla sərhəddə şərti sərhəd pozucularını texniki vasitələr və xidməti heyvanlardan istifadə etməklə yaxalayaraq zərərsizləşdirmə əməliyyatını icra ediblər.
Həmçinin jurnalistlərə zastava haqqında məlumat verilib. Bildirilib ki, sözügedən zastavanın xidməti ərazisi əsasən Azərbaycan-Gürcüstan ərazisində yerləşir. Cəmi bir sərhəd məntəqəsi isə Ermənistanla şərti sərhəd sahəsinə düşür.
2024-cü il ərzində Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasının "Babəkər" sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 60-dan çox sərhəd pozucusu sərhədçilərin həyata keçirdiyi uğurlu əməliyyatlarla saxlanılıb.
Saxlanılan şəxslər Azərbaycan-Gürcüstan və əks isitqamətdə dövlət sərhəddini pozmağa cəhd göstəriblər.