DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrel: Heç də bütün Aİ ölkələri Kiyevə köməyə hazır olduqlarını bildirməyiblər

© AP Photo / Pool /Kenzo TribouillardAvropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2024
Abunə olmaq
Ukraynaya dəstəyi davam etdirməyə həvəs göstərməyən bir neçə ölkə var və bu, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi fonunda baş verib.
BAKI, 22 noyabr — Sputnik. Avropa diplomatiyasının rəhbəri Josep Borrell etiraf edib ki, 18 və 19 noyabrda Brüsseldə keçirilən görüşlərdə Aİ-nin heç də bütün müdafiə və xarici işlər nazirləri Kiyevə yardımı davam etdirməyə hazır olduqlarını bildirməyiblər.
"RİA Novosti"nin məlumatına görə, bu, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi fonunda baş verib.
"Bizim yeni ssenarimiz, Ağ Evdə müharibəyə son qoymaq üçün öz ssenarisi olan yeni Prezidentimiz var. Ancaq deyə bilərəm ki, bu gün və dünən keçirilən görüşlərdə əksər ölkələr bəzi istisnalar olmaqla dəstəyi davam etdirməyə hazır olduqlarını göstərdilər. Bəli, Ukraynaya dəstəyi davam etdirməyə həvəs göstərməyən bir neçə ölkə var", - Avropa diplomatiyasının rəhbəri etiraf edib.
Bundan əvvəl baş avropalı diplomat Aİ-nin rolunun yalnız Kiyevə hərbi yardım göstərmək olduğunu vurğulamışdı.
Xəbər lenti
0