Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq

© Photo : AR Ministry of Transport, Communications and High Technologies"Azərpoçt"un binası, arxiv
Azərpoçtun binası, arxiv - Sputnik Azərbaycan, 1920, 22.11.2024
Abunə olmaq
Nazirlər Kabineti "Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası"nı təsdiq edib.
BAKI, 22 noyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC investisiya fəaliyyəti ilə məşğul olacaq.
Nazirlər Kabineti "Poçt rabitəsinin milli operatorunun qəbul etdiyi poçt əmanətlərinin və poçt hesablarının qalıq vəsaitlərinin idarə edilməsi üzrə İnvestisiya Strategiyası"nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qəraraə əsasən, poçt rabitəsinin milli operatorunun investisiya portfelini idarə etməsinin məqsədi maliyyə xidmətləri sahəsində nəzarətedici qurumun müəyyən etdiyi prudensial və likvidlik tələbləri təmin edilmək şərtilə investisiya gəlirinin əldə edilməsidir.
Milli operator investisiya portfelini prioritetlik nəzərə alınmaqla təhlükəsizlik, likvidlik və gəlirlilik prinsipləri əsasında idarə edir.
Milli operator investisiya portfelinin idarə edilməsində aktiv-passiv yanaşmasını tətbiq edir.
Xəbər lenti
0