https://sputnik.az/20241122/abs-in-sanksiyalari-a-ye-qaz-tedarukunun-qarsisini-almaq-cehdidir-468944845.html
ABŞ-ın sanksiyaları Aİ-yə qaz tədarükünün qarşısını almaq cəhdidir
ABŞ-ın sanksiyaları Aİ-yə qaz tədarükünün qarşısını almaq cəhdidir
Sputnik Azərbaycan
Vaşinqton "Qazprombank"ı və onun altı xarici törəmə müəssisəsini sanksiyalar siyahısına əlavə edib. 22.11.2024, Sputnik Azərbaycan
2024-11-22T23:08+0400
2024-11-22T23:08+0400
2024-11-22T23:08+0400
abş
dünya xəbərləri
qaz
tədarük
ai
ai
sanksiya
sanksiyalar
qazprom armeniya
qazprom
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_0:160:3072:1888_1920x0_80_0_0_f5d7ea62c0b120fd7081c9fe1656f95d.jpg
BAKI, 22 noyabr — Sputnik. Moskva ABŞ-ın "Qazprombank"a qarşı sanksiyalarını Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi kimi qəbul edir. Bunu cümə günü, noyabrın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib. Qeyd edək ki, bir gün əvvəl Vaşinqton "Qazprombank"ı və onun altı xarici törəmə müəssisəsini sanksiyalar siyahısına əlavə edib. "Qazprombank"da Rusiya qazının tədarükü üçün mövcud ödəniş sxeminə görə, xarici alıcı üçün iki hesab - xarici valyuta və rubl hesabı açılır. Xarici valyuta hesabına alıcı alınan "mavi yanacağın" ödənişini köçürür. Bank bu valyutanı Moskva birjasında satır. Gəlirlər qaz alıcısının rubl hesabına köçürülür. "Qazprom"la hesablaşmalar artıq bu hesabda aparılır. Xatırladaq ki, "Qazprombank" və "DOM RF", "Enerqotransbank", "BKS-bank", "Bratsk Xalq Bankı", "İturup Bank", "Kremlyovskİ Bank", "Sinara Bank", "Çentrokredit Bank" və s. da daxil olmaqla, 100 fiziki və hüquqi şəxs ABŞ-ın yeni sanksiyalarına məruz qalıblar. Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavinləri Vladimir Çistyuxin və Dmitri Tulinə də məhdudiyyətlər tətbiq edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861828_171:0:2902:2048_1920x0_80_0_0_5f8c66db82743ccac62bf0802beecb4b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, qaz, tədarük, ai, ai, sanksiya, sanksiyalar, qazprom armeniya, qazprom, "qazprom"
abş, qaz, tədarük, ai, ai, sanksiya, sanksiyalar, qazprom armeniya, qazprom, "qazprom"
ABŞ-ın sanksiyaları Aİ-yə qaz tədarükünün qarşısını almaq cəhdidir
Vaşinqton "Qazprombank"ı və onun altı xarici törəmə müəssisəsini sanksiyalar siyahısına əlavə edib.
BAKI, 22 noyabr — Sputnik. Moskva ABŞ-ın "Qazprombank"a qarşı sanksiyalarını Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi kimi qəbul edir.
Bunu cümə günü, noyabrın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.
Qeyd edək ki, bir gün əvvəl Vaşinqton "Qazprombank"ı və onun altı xarici törəmə müəssisəsini sanksiyalar siyahısına əlavə edib.
"Qazprombank"da Rusiya qazının tədarükü üçün mövcud ödəniş sxeminə görə, xarici alıcı üçün iki hesab - xarici valyuta və rubl hesabı açılır. Xarici valyuta hesabına alıcı alınan "mavi yanacağın" ödənişini köçürür. Bank bu valyutanı Moskva birjasında satır. Gəlirlər qaz alıcısının rubl hesabına köçürülür. "Qazprom"la hesablaşmalar artıq bu hesabda aparılır.
Xatırladaq ki, "Qazprombank" və "DOM RF", "Enerqotransbank", "BKS-bank", "Bratsk Xalq Bankı", "İturup Bank", "Kremlyovskİ Bank", "Sinara Bank", "Çentrokredit Bank" və s. da daxil olmaqla, 100 fiziki və hüquqi şəxs ABŞ-ın yeni sanksiyalarına məruz qalıblar. Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavinləri Vladimir Çistyuxin və Dmitri Tulinə də məhdudiyyətlər tətbiq edilib.