DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə aktiv şəkildə ölkələri İsrailə yardımı dayandırmağa çağırır - Fidan

© AP Photo / Boris GrdanoskiHakan Fidan, arxiv
Hakan Fidan, arxiv - Sputnik Azərbaycan, 1920, 21.11.2024
Abunə olmaq
Türkiyə XİN rəhbəri bildirib ki, may ayında İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıblar.
BAKI, 21 noyabr — Sputnik. Ankara İsrailin beynəlxalq aləmdən təcrid edilməsi üçün hər cür səy göstərir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"May ayında İsraillə ixrac-idxal əməliyyatlarını dayandırdıq, İsrailə silah embarqosu məsələsinin BMT Təhlükəsizlik Şurasının birgə gündəliyinə daxil edilməsini təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatında da təşəbbüs göstərdik. Bu təşəbbüs çərçivəsində hazırlanan məktub 1 noyabrda 52 ölkənin imzası ilə BMT-nin Baş katibinə təqdim edildi və əlavə olaraq İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası silah satışını dayandırmaq üçün səylərimizi davam etdirəcəyik", - nazir bildirib.

Onun sözlərinə görə, Türkiyə aktiv şəkildə ölkələri İsrailə yardımı dayandırmağa çağırır.
"Biz İsraili beynəlxalq ictimaiyyətdən təcrid etmək və beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün hər cür səy göstəririk, eyni zamanda, bu günə qədər Qəzzaya ən çox yardım göndərən ölkəyik. Biz bu istiqamətdə səylərimizi qətiyyətlə davam etdirəcəyik", - Fidan bildirib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının yaraqlıları sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, İsrail tərəfində 1,2 minə yaxın insan həlak olub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb və Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0