https://sputnik.az/20241121/tarixde-bu-gun-21-noyabr--foto-468889570.html
Tarixdə bu gün: 21 noyabr – FOTO
Tarixdə bu gün: 21 noyabr – FOTO
Sputnik Azərbaycan
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun. 21.11.2024, Sputnik Azərbaycan
2024-11-21T08:01+0400
2024-11-21T08:01+0400
2024-11-21T08:01+0400
bmt
volter
tomas edison
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460182785_42:0:1158:628_1920x0_80_0_0_d2713219749664eb41c65181601a5675.jpg
BAKI, 21 noyabr — Sputnik. Noyabrın 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib. Noyabrın 21-də kimlər anadan olub? Volter (1694-1778) - XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisidir. Onun əsl adı Fransua-Mari Aruedir. O, XVIII əsrin sonlarında Fransa inqilabının ideoloji hazırlığında dünya, o cümlədən Rusiya fəlsəfi fikrinin inkişafında mühüm rol oynayıb. Tamara Nosova (1927-2007) - Rusiyanın xalq artistidir. O, 1950-1960-cı illərdə Rusiya kinosunun ən məşhur komediya aktrisalarından biri olub. Nosova "Gənc qvardiya", "Fırtına", "Gözəlliyin sirri", "Karnaval gecəsi" və s. filmlərdə rol alıb. Qoldi Houn (1945) - amerikalı aktrisa, prodüser, rejissor və müğənnidir. O, 1970-ci ildə "Kaktus çiçəyi" filmindəki roluna görə "Oskar" mükafatı laureatıdır. Byork Qvyudmundsdouttir (1965) - island əsilli müğənni, musiqiçi, multi-instrumentalist və prodüserdir. O, çoxsaylı mükafatlar və nominasiyaların laureatıdır. Pak He Su (1981) - Cənubi Koreya teatr və kino aktyorudur. O, "Oyun qaydaları", "Kağız evi: Koreya", "Ov vaxtı", "Kalmar oyunu" və s. filmlərdə baş rolları canlandırıb. 21 noyabr tarixində dünyada baş verən tarixi hadisələr 1783-cü ildə tarixdə ilk dəfə insanların olduğu hava şarı uçuşu baş verib. İki fransız - Pilatr de Rozye və Markiz d'Arland Paris ətraflarında 915 metr hündürlüyə qalxaraq 25 dəqiqə sonra yerə eniblər. 1877-ci ildə amerikalı sahibkar Tomas Edison fonoqrafı icad edib. 1878-ci ildə Əli Məscid döyüşü baş verib, bundan sonra 1880-ci ilə qədər davam edən İkinci İngiltərə-Əfqanıstan müharibəsi başlayıb. Britaniya İmperiyasının məqsədi Əfqanıstana nəzarəti ələ keçirmək olub. 1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə respublikanın bütün bölgələrindən olan nümayəndələrin iştirakı ilə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. YAP-ın əsas məqsədləri Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu olub. 2007-ci ildə Gürcüstanın Tetri-Tskaro rayonunda Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlqoyma mərasimi keçirilib. 1997-ci ildən BMT Baş Assambleyası tərəfindən elan edilən Ümumdünya Televiziya Günü qeyd olunur. 1973-cü ildən Ümumdünya Salamlaşma Günü qeyd edilir. Bu bayram SSRİ ilə ABŞ arasında soyuq müharibənin qızğın çağında iki amerikalı qardaş Maykl və Brayan Makkomaki tərəfindən icad edlib. Onun əsas məqsədi geniş ictimaiyyətin diqqətini sülhün qorunmasında şəxsi ünsiyyətin vacibliyinə yönəltməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460182785_182:0:1019:628_1920x0_80_0_0_9de0c02cec65c81194a0340635f4a5f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, volter, tomas edison
bmt, volter, tomas edison
Tarixdə bu gün: 21 noyabr – FOTO
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 21 noyabr — Sputnik. Noyabrın 21-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 21-də kimlər anadan olub?
Volter (1694-1778) - XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisidir. Onun əsl adı Fransua-Mari Aruedir. O, XVIII əsrin sonlarında Fransa inqilabının ideoloji hazırlığında dünya, o cümlədən Rusiya fəlsəfi fikrinin inkişafında mühüm rol oynayıb.
Tamara Nosova (1927-2007) - Rusiyanın xalq artistidir. O, 1950-1960-cı illərdə Rusiya kinosunun ən məşhur komediya aktrisalarından biri olub. Nosova "Gənc qvardiya", "Fırtına", "Gözəlliyin sirri", "Karnaval gecəsi" və s. filmlərdə rol alıb.
Qoldi Houn (1945) - amerikalı aktrisa, prodüser, rejissor və müğənnidir. O, 1970-ci ildə "Kaktus çiçəyi" filmindəki roluna görə "Oskar" mükafatı laureatıdır.
Byork Qvyudmundsdouttir (1965) - island əsilli müğənni, musiqiçi, multi-instrumentalist və prodüserdir. O, çoxsaylı mükafatlar və nominasiyaların laureatıdır.
Pak He Su (1981) - Cənubi Koreya teatr və kino aktyorudur. O, "Oyun qaydaları", "Kağız evi: Koreya", "Ov vaxtı", "Kalmar oyunu" və s. filmlərdə baş rolları canlandırıb.
21 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1783-cü ildə tarixdə ilk dəfə insanların olduğu hava şarı uçuşu baş verib. İki fransız - Pilatr de Rozye və Markiz d'Arland Paris ətraflarında 915 metr hündürlüyə qalxaraq 25 dəqiqə sonra yerə eniblər.
1877-ci ildə amerikalı sahibkar Tomas Edison fonoqrafı icad edib.
1878-ci ildə Əli Məscid döyüşü baş verib, bundan sonra 1880-ci ilə qədər davam edən İkinci İngiltərə-Əfqanıstan müharibəsi başlayıb. Britaniya İmperiyasının məqsədi Əfqanıstana nəzarəti ələ keçirmək olub.
1992-ci ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə respublikanın bütün bölgələrindən olan nümayəndələrin iştirakı ilə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. YAP-ın əsas məqsədləri Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu olub.
2007-ci ildə Gürcüstanın Tetri-Tskaro rayonunda Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlqoyma mərasimi keçirilib.
1997-ci ildən BMT Baş Assambleyası tərəfindən elan edilən Ümumdünya Televiziya Günü qeyd olunur.
1973-cü ildən Ümumdünya Salamlaşma Günü qeyd edilir. Bu bayram SSRİ ilə ABŞ arasında soyuq müharibənin qızğın çağında iki amerikalı qardaş Maykl və Brayan Makkomaki tərəfindən icad edlib. Onun əsas məqsədi geniş ictimaiyyətin diqqətini sülhün qorunmasında şəxsi ünsiyyətin vacibliyinə yönəltməkdir.