https://sputnik.az/20241121/rusiya-qosunlari-casov-yarda-ukrayna-silahli-quvvelerini-muhasireye-alib-468893951.html
Rusiya qoşunları Çasov Yarda Ukrayna Silahlı Qüvvələrini mühasirəyə alıb
Rusiya qoşunları Çasov Yarda Ukrayna Silahlı Qüvvələrini mühasirəyə alıb
Sputnik Azərbaycan
Rusiya ordusunun Donbassdakı uğurlu əməliyyatları davam edir. Parallel olaraq rəqibin ərazisin dərinliklərinədəki strateji obyektlərinə də zərbələr endirilir. 21.11.2024, Sputnik Azərbaycan
2024-11-21T08:42+0400
2024-11-21T08:42+0400
2024-11-25T12:32+0400
rusiya
təhlil
donbas
ukrayna
xüsusi hərbi əməliyyat
rusiya silahlı qüvvələri
nato
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1e/467772664_0:203:3095:1944_1920x0_80_0_0_ffdc53ef0dd90386ac513af0e7450c76.jpg
Rusiya qoşunları Çasov Yarın azad edilməsi əməliyyatını uğurla başa çatdırır. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donbassda əsas dayaq məntəqələrindən biri hesab edilən şəhərin mərkəzində şiddətli döyüşlər gedir. Sputnikin hərbi icmalçısı Aleksandr Xrolenkonun verdiyi məlumata görə, İvanovo desantçıları və Şimal dənizinin motoatıcıları Ukrayna qarnizonunu metodik şəkildə parçalayır, mühasirəyə alır və hissə-hissə məhv edirlər. Rusiya ordusunun bölmələri düşmənin evləri və küçələrini möhkəmləndirilmiş ərazilərə çevirdiyi Çasov Yarda davamlı olaraq şiddətli döyüşlər aparır. Ən ağır ərazi olan Avangard stadionunun yaxınlığındakı mərkəzi məhəllələri banderaçılarday 98-ci hava-desant diviziyasının hücum dəstələri azad edir. Rusiya paraşütçüləri tank əleyhinə idarəolunan raketlər vasitəsi ilə ukraynalıların pulemyot nöqtələrini, snayper mövqelərini və PUA-lardan qəbul olunan siqnalları gücləndirən stasionar qurğuları metodik şəkildə məhv edir. Eyni zamanda Rusiya Silahlı Qüvvələrinin hücum qrupları Çasov Yarın cinahlarında irəliləyir. Kleşeyevka (bu kənd uğrunda döyüşlər bir neçə ay davam edib) ərazisində aparılan hücum nəticəsində onlar cənub bcnbufvətindən bir kilometr yarım irəliləməyə müvəffəq oublar. Rusiya Müdafiə Nazirliyi daha əvvəl təsdiqləyib ki, “Cənub” hərbi birləşmənin bölmələri Çasov Yar, Seversk və Slavyansk ərazilərində Ukrayna hərbçılərini məğlubiyyətə uğradıblar. Çasov Yardakı Ukrayna hərbi birləşməsi son günlərini yaşayır. Millətçilərdən ibarət 12-ci Azov briqadasından olan millətçilərin şəhərə gətirilməsi də rusiyalıların hücumunu ləngidə bilməyib. Ukrayna Silahlı qüvvələrinin və Baş Kəşfiyyat İdarəsinin əlahiddə bölmələri noyabrın əvvəlində şəhəri tərk ediblər. Onlar Rusiya artilleriyasının atəşi altında olan "ölüm yolu" ilə qaçıblar. Qərbdə Ukrayna cəbhəsinin çökməsini görürlər. Almaniyanın “Bild” qəzeti həyəcanla yazır: Hətta Kiyevdə də aşkar olanı inkar edə bilmirlər. Ukraynanın “Strana.ua” nəşri həyəcan təbili çalır: “Rusiya ordusu Çasov Yarda kəskin irəliləyib”. USQ komandanlığının bu şəhərdəki mövqeləri itirməsi Rusiya ordusunun mühüm maddi-texniki təchizat mərkəzi olan Konstantinovkaya çatmasına yol açacaq ki, bu da öz növbəsində Pokrovsk, Kramatorsk, Drujkovka və Slavyanskın hərbi təchizatını iflic vəziyyətinə salacaq. Rusiya Donbassının tam azad edilməsi yaxındır. Tam dərinliyə endirilən zərbələr Noyabrın 17-də və bu gün Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə, hərbi sənaye kompleksinin müəssisələrinə, USQ-nin Zaporojye, Dnepropetrovsk, Kiyev, İvano-Frankivsk, Lvov, Odessa, Vinnitsa, Xarkov, Sumı, Kirovoqrad, Çerkassı və Poltavadakı arsenallarına, aerodromlarına və dislokasiya məntəqələrinə bir neçə yüz yüksək dəqiqlikli raket və dronlarla zərbələr endirib.. Kiyev hakimiyyətinin məlumatına görə, zərbələr üçün hətta nadir 3M22 Zirkon hipersəs raketlərindən (Krımdakı yerüstü qurğulardan) istifadə edilib. Rusiya Silahlı Qüvvələrinin raket zərbəsi ilə Kremençuq Su Elektrik Stansiyasının dağıdılmasını əks etdirən video yayımlanıb. Həmçinin Dnepr Su Elektrik Stansiyası, Çerkassı yaxınlığındakı Kremençuq su anbarı üzərindəki körpü, Krivoy Roq İstilik Elektrik Stansiyası və Burştın İstilik Elektrik Stansiyasına da zərbələr endirilib. Rovno şəhərində, Rovno Atom Elektrik Stansiyasının mühüm xəttinin bir hissəsi olan əsas yarımstansiyalardan biri (330/110 kV) dağıdılıb. Ukraynanın bir çox regionunu elektrik enerjisiz qalıb. Birləşmiş Ştatlar və NATO Kiyev rejiminə “danışıqlardakı mövqelərini gücləndirmək” üçün raketlər tədarük edərkən, abnderaçıların nəzarətində olan ərazi texnoloji cəhətdən 19-cu əsrin əvvəllərinə qayıdır və hətta daş dövrünə yuvarlanmaq riski ilə üzləşir. Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələrinin bərpa olunmaz itkiləri artır və 2024-cü ilin on ayında onlar 462 mindən çox hərbi qulluqçu təşkil edib. Ukrayna cəmiyyətində və Ukrayna Silahlı Qüvvələrində xülyalar azalmaqdadır. Gallup təşkilatının keçirdiyi sorğuya görə, ukraynalıların 52%-i müharibənin tezliklə danışıqlar yolu ilə bitməsini istəyir. Daha 10% suala cavab verə bilməyib. Və yalnız 38% hesab edir ki, onların ölkəsi qələbəyə qədər müharibəni davam etdirməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/1e/467772664_76:0:2805:2047_1920x0_80_0_0_a73d6e69ee6e2574e9d7295f70c4c29a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, donbas, ukrayna, xüsusi hərbi əməliyyat, rusiya silahlı qüvvələri, nato
rusiya, donbas, ukrayna, xüsusi hərbi əməliyyat, rusiya silahlı qüvvələri, nato
Rusiya qoşunları Çasov Yarda Ukrayna Silahlı Qüvvələrini mühasirəyə alıb
08:42 21.11.2024 (Yenilənib: 12:32 25.11.2024) Rusiya ordusunun Donbassdakı uğurlu əməliyyatları davam edir. Parallel olaraq rəqibin ərazisin dərinliklərinədəki strateji obyektlərinə də zərbələr endirilir.
Rusiya qoşunları Çasov Yarın azad edilməsi əməliyyatını uğurla başa çatdırır. Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donbassda əsas dayaq məntəqələrindən biri hesab edilən şəhərin mərkəzində şiddətli döyüşlər gedir. Sputnikin hərbi icmalçısı Aleksandr Xrolenkonun verdiyi məlumata görə, İvanovo desantçıları və Şimal dənizinin motoatıcıları Ukrayna qarnizonunu metodik şəkildə parçalayır, mühasirəyə alır və hissə-hissə məhv edirlər.
Rusiya ordusunun bölmələri düşmənin evləri və küçələrini möhkəmləndirilmiş ərazilərə çevirdiyi Çasov Yarda davamlı olaraq şiddətli döyüşlər aparır. Ən ağır ərazi olan Avangard stadionunun yaxınlığındakı mərkəzi məhəllələri banderaçılarday 98-ci hava-desant diviziyasının hücum dəstələri azad edir.
Rusiya paraşütçüləri tank əleyhinə idarəolunan raketlər vasitəsi ilə ukraynalıların pulemyot nöqtələrini, snayper mövqelərini və PUA-lardan qəbul olunan siqnalları gücləndirən stasionar qurğuları metodik şəkildə məhv edir. Eyni zamanda Rusiya Silahlı Qüvvələrinin hücum qrupları Çasov Yarın cinahlarında irəliləyir. Kleşeyevka (bu kənd uğrunda döyüşlər bir neçə ay davam edib) ərazisində aparılan hücum nəticəsində onlar cənub bcnbufvətindən bir kilometr yarım irəliləməyə müvəffəq oublar.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl təsdiqləyib ki, “Cənub” hərbi birləşmənin bölmələri Çasov Yar, Seversk və Slavyansk ərazilərində Ukrayna hərbçılərini məğlubiyyətə uğradıblar. Çasov Yardakı Ukrayna hərbi birləşməsi son günlərini yaşayır. Millətçilərdən ibarət 12-ci Azov briqadasından olan millətçilərin şəhərə gətirilməsi də rusiyalıların hücumunu ləngidə bilməyib. Ukrayna Silahlı qüvvələrinin və Baş Kəşfiyyat İdarəsinin əlahiddə bölmələri noyabrın əvvəlində şəhəri tərk ediblər. Onlar Rusiya artilleriyasının atəşi altında olan "ölüm yolu" ilə qaçıblar.
Qərbdə Ukrayna cəbhəsinin çökməsini görürlər. Almaniyanın “Bild” qəzeti həyəcanla yazır:
“Rusiya qoşunları Çasov Yarın mərkəzinə daxil olub. Ərazidəki ukraynalı əsgərlərin döyüşə hazır olduqlarını demək çətindir. Ətrafda xarabalıqları və USQ-nin PUA-lardan istifadə etdiyini müşahidə etmək olur ki, bu da bir qayda olaraq ərazinin Rusiyanın nəzarətində olması və ukraynalıların geri çəkildiyininin əlamətidir”.
Hətta Kiyevdə də aşkar olanı inkar edə bilmirlər. Ukraynanın “Strana.ua” nəşri həyəcan təbili çalır: “Rusiya ordusu Çasov Yarda kəskin irəliləyib”.
USQ komandanlığının bu şəhərdəki mövqeləri itirməsi Rusiya ordusunun mühüm maddi-texniki təchizat mərkəzi olan Konstantinovkaya çatmasına yol açacaq ki, bu da öz növbəsində Pokrovsk, Kramatorsk, Drujkovka və Slavyanskın hərbi təchizatını iflic vəziyyətinə salacaq.
Rusiya Donbassının tam azad edilməsi yaxındır.
Tam dərinliyə endirilən zərbələr
Noyabrın 17-də və bu gün Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə, hərbi sənaye kompleksinin müəssisələrinə, USQ-nin Zaporojye, Dnepropetrovsk, Kiyev, İvano-Frankivsk, Lvov, Odessa, Vinnitsa, Xarkov, Sumı, Kirovoqrad, Çerkassı və Poltavadakı arsenallarına, aerodromlarına və dislokasiya məntəqələrinə bir neçə yüz yüksək dəqiqlikli raket və dronlarla zərbələr endirib..
Kiyev hakimiyyətinin məlumatına görə, zərbələr üçün hətta nadir 3M22 Zirkon hipersəs raketlərindən (Krımdakı yerüstü qurğulardan) istifadə edilib.
Rusiya Silahlı Qüvvələrinin raket zərbəsi ilə Kremençuq Su Elektrik Stansiyasının dağıdılmasını əks etdirən video yayımlanıb. Həmçinin Dnepr Su Elektrik Stansiyası, Çerkassı yaxınlığındakı Kremençuq su anbarı üzərindəki körpü, Krivoy Roq İstilik Elektrik Stansiyası və Burştın İstilik Elektrik Stansiyasına da zərbələr endirilib. Rovno şəhərində, Rovno Atom Elektrik Stansiyasının mühüm xəttinin bir hissəsi olan əsas yarımstansiyalardan biri (330/110 kV) dağıdılıb. Ukraynanın bir çox regionunu elektrik enerjisiz qalıb.
Birləşmiş Ştatlar və NATO Kiyev rejiminə “danışıqlardakı mövqelərini gücləndirmək” üçün raketlər tədarük edərkən, abnderaçıların nəzarətində olan ərazi texnoloji cəhətdən 19-cu əsrin əvvəllərinə qayıdır və hətta daş dövrünə yuvarlanmaq riski ilə üzləşir.
Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələrinin bərpa olunmaz itkiləri artır və 2024-cü ilin on ayında onlar 462 mindən çox hərbi qulluqçu təşkil edib.
Ukrayna cəmiyyətində və Ukrayna Silahlı Qüvvələrində xülyalar azalmaqdadır. Gallup təşkilatının keçirdiyi sorğuya görə, ukraynalıların 52%-i müharibənin tezliklə danışıqlar yolu ilə bitməsini istəyir. Daha 10% suala cavab verə bilməyib. Və yalnız 38% hesab edir ki, onların ölkəsi qələbəyə qədər müharibəni davam etdirməlidir.