https://sputnik.az/20241121/netanyahu-ve-srailin-kecmis-mudafie-nazirinin-hebsine-order-verildi-468924040.html
Netanyahu və İsrailin keçmiş müdafiə nazirinin həbsinə order verildi
Netanyahu və İsrailin keçmiş müdafiə nazirinin həbsinə order verildi
Sputnik Azərbaycan
Məhkəmə həmçinin öz vətəndaşlarına qarşı orderlərə əngəl olmaq üçün BCM-in yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin dəlillərini də rədd edib. 21.11.2024, Sputnik Azərbaycan
2024-11-21T16:48+0400
2024-11-21T16:48+0400
2024-11-21T16:48+0400
benyamin netanyahu
dünya xəbərləri
israil
baş nazir
qəzza
beynəlxalq cinayət məhkəməsi
qərar
https://cdnn1.img.sputnik.az/img/41892/84/418928420_0:0:3071:1728_1920x0_80_0_0_b5f774430831b89759c4478d0a5dbe0d.jpg
BAKI, 21 noyabr — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbs edilməsinə order verilib. Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) bəyanatında deyilir. İnstansiya məhkəməsi xatırladıb ki, mayın 20-də prokurorluq bu orderlərin verilməsi üçün vəsatət qaldırıb. Məhkəmə həmçinin öz vətəndaşlarına qarşı orderlərə əngəl olmaq üçün BCM-in yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin dəlillərini də rədd edib. İsrail həmçinin bütövlükdə Fələstindəki vəziyyətlə bağlı işlərə baxmaq üçün BCM-nin yurisdiksiyasına etiraz edib. May ayında BCM-nin prokuroru Kərim Xan Benyamin Netanyahu və Yoav Qallantın həbsinə order vermək üçün Məhkəməyə qədər Palataya müraciət etdiyini açıqlamışdı. O, bəyanatında qeyd edib ki, onlar Qəzza zolağında 2023-cü ilin oktyabrında başlayan cari hərbi kampaniya zamanı törədilmiş hərbi və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyırlar. İsrail bu ittihamları rədd edir və BCM ilə əməkdaşlıqdan imtina edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41892/84/418928420_222:0:2953:2048_1920x0_80_0_0_98108b8165600dd5a324ece9a19b0908.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
benyamin netanyahu, israil, baş nazir, qəzza, beynəlxalq cinayət məhkəməsi, qərar
benyamin netanyahu, israil, baş nazir, qəzza, beynəlxalq cinayət məhkəməsi, qərar
Netanyahu və İsrailin keçmiş müdafiə nazirinin həbsinə order verildi
Məhkəmə həmçinin öz vətəndaşlarına qarşı orderlərə əngəl olmaq üçün BCM-in yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin dəlillərini də rədd edib.
BAKI, 21 noyabr — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbs edilməsinə order verilib. Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) bəyanatında deyilir.
"BCM-in Məhkəməyə qədər Palatası iki şəxsə, Benyamin Netanyahu və Yoav Qallanta qarşı ən azı 8 oktyabr 2023-cü il tarixindən 20 may 2024-cü il tarixinədək törədilmiş insanlıq əleyhinə və hərbi cinayətlərə görə həbs qərarı çıxarıb", - bəyanatda deyilir.
İnstansiya məhkəməsi xatırladıb ki, mayın 20-də prokurorluq bu orderlərin verilməsi üçün vəsatət qaldırıb.
Məhkəmə həmçinin öz vətəndaşlarına qarşı orderlərə əngəl olmaq üçün BCM-in yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin dəlillərini də rədd edib. İsrail həmçinin bütövlükdə Fələstindəki vəziyyətlə bağlı işlərə baxmaq üçün BCM-nin yurisdiksiyasına etiraz edib.
"İsrailin BCM-nin yurisdiksiyasını qəbul etməsi tələb olunmur, çünki məhkəmə əvvəlki tərkibdə birinci Məhkəməyə qədər Palatanın müəyyən etdiyi Fələstinin ərazi yurisdiksiyası əsasında öz yurisdiksiyasını həyata keçirə bilər. Üstəlik, dövlətlər həbs qərarı verilməzdən əvvəl 19-cu (2) maddəyə əsasən məhkəmənin yurisdiksiyasına etiraz etmək hüququna malikdirlər, buna görə də İsrailin etirazları vaxtından əvvəldir", - bəyanatda deyilir.
May ayında BCM-nin prokuroru Kərim Xan Benyamin Netanyahu və Yoav Qallantın həbsinə order vermək üçün Məhkəməyə qədər Palataya müraciət etdiyini açıqlamışdı. O, bəyanatında qeyd edib ki, onlar Qəzza zolağında 2023-cü ilin oktyabrında başlayan cari hərbi kampaniya zamanı törədilmiş hərbi və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyırlar.
İsrail bu ittihamları rədd edir və BCM ilə əməkdaşlıqdan imtina edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.