https://sputnik.az/20241121/nazir-sosial-islahat-paketi-uc-milyona-qeder-insani-ehate-edecek-468910802.html
Nazir: Sosial islahat paketi üç milyona qədər insanı əhatə edəcək
Nazir: Sosial islahat paketi üç milyona qədər insanı əhatə edəcək
Sputnik Azərbaycan
Sahil Babayev bildirib ki, 2019-2024-cü illər ərzində əsassız pensiya ödənişlərinin dayandırılması ilə 3,1 milyard manat vəsait əldə edilib. 21.11.2024, Sputnik Azərbaycan
2024-11-21T13:17+0400
2024-11-21T13:17+0400
2024-11-21T13:17+0400
sahil babayev
cəmiyyət
milli məclis
komitə
büdcə
https://cdnn1.img.sputnik.az/img/41936/58/419365802_0:0:2001:1125_1920x0_80_0_0_c4a13dbf60944126a818267ea1b5d3dc.jpg
BAKI, 21 noyabr — Sputnik. "Ölkəmizdə yaşayan bütün insanların rifahı bizim siyasətimizin ana xəttini təşkil edir". Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu baxımdan 2025-ci il büdcəsi məhz sosial çağırışlara cavab vermək üçün hazırlanıb:S.Babayev bildirib ki, 2019-2024-cü illər ərzində əsassız pensiya ödənişlərinin dayandırılması ilə 3,1 milyard manat vəsait əldə edilib. Bunun 1,6 milyard manatı dövlət büdcəsinə ödənilib, 1,5 milyard manatı isə investisiyaya yönəldilib. Qeyd edək ki, Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38 milyard 316 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41 milyard 367,6 milyon manat proqnozlaşdırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41936/58/419365802_0:0:1773:1330_1920x0_80_0_0_14cafb923cb0510f2869defcd04f53c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sahil babayev, milli məclis, komitə, büdcə
sahil babayev, milli məclis, komitə, büdcə
Nazir: Sosial islahat paketi üç milyona qədər insanı əhatə edəcək
Sahil Babayev bildirib ki, 2019-2024-cü illər ərzində əsassız pensiya ödənişlərinin dayandırılması ilə 3,1 milyard manat vəsait əldə edilib.
BAKI, 21 noyabr — Sputnik. "Ölkəmizdə yaşayan bütün insanların rifahı bizim siyasətimizin ana xəttini təşkil edir". Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu baxımdan 2025-ci il büdcəsi məhz sosial çağırışlara cavab vermək üçün hazırlanıb:
"Dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrılıb. Sosial müdafiə və sosial təminat xərcləri cari illə müqayisədə 10% artıq olacaq. Xərclərin 96%-i əhaliyə ödənişlərin payına düşür. 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləğinin 531 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. Yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir, burada rəqəm 569 manat olacaq. 2019-cu ildə bu 292 manat idi. Bütün artımlar əhəmiyyətli artımlardır".
S.Babayev bildirib ki, 2019-2024-cü illər ərzində əsassız pensiya ödənişlərinin dayandırılması ilə 3,1 milyard manat vəsait əldə edilib. Bunun 1,6 milyard manatı dövlət büdcəsinə ödənilib, 1,5 milyard manatı isə investisiyaya yönəldilib.
"Ölkə başçımız tərəfindən növbəti ildə böyük sosial islahat paketinin həyata keçiriləcəyi elan olunub. Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək və bu sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək", - nazir əlavə edib.
Qeyd edək ki, Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38 milyard 316 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41 milyard 367,6 milyon manat proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.