CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclasında gələn ilin büdcəsi müzakirə olunacaq

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 21.11.2024
Abunə olmaq
"Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında", "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" və digər qanun layihələrinə baxılacaq.
BAKI, 21 noyabr — Sputnik. Milli Məclisin 25, 26 və 27 noyabr tarixlərində iclasları keçiriləcək.
İclasların gündəliyinə aşağıdakı məsələlər təklif olunub:
1.
"Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2.
"Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
3.
"İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
4.
"Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
5.
"Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
6.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
7.
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
8.
"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9.
"Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10.
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
11.
Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
12.
Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0