https://sputnik.az/20241121/ev-novbesine-dayanan-sehid-aileleri-ile-bagli-yeni-qerar-468908671.html
Ev növbəsinə dayanan şəhid ailələri ilə bağlı yeni qərar
Ev növbəsinə dayanan şəhid ailələri ilə bağlı yeni qərar
Sputnik Azərbaycan
Qaydalara əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, həmin şəxsin uçotunu onun ailə üzvləri... 21.11.2024, Sputnik Azərbaycan
2024-11-21T23:17+0400
2024-11-21T23:17+0400
2024-11-21T23:17+0400
ev
cəmiyyət
şəhid ailələri
növbədənkənar
qeydiyyat
azərbaycan
asan xidmət
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462021352_0:161:3070:1888_1920x0_80_0_0_bc13904da0826cc63a464db1df13c6b5.jpg
BAKI, 21 noyabr — Sputnik. Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabinetinin qərarı Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli 145 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən qəbul edilib. Qaydalara əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcədə hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılacaq. Ailə üzvlərinin birgə razılığı əsasında ailənin üzvlərindən birinin təmsilçi olması yerli icra hakimiyyəti başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya "ASAN xidmət" Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notarial qaydada təsdiq edilməlidir. Bununla yanaşı uçota alınmış şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) ailə üçün kifayət etdiyi müəyyən edildikdə uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462021352_170:0:2901:2048_1920x0_80_0_0_d0077f0133aa25f8d171470d66001556.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ev, şəhid ailələri, növbədənkənar, qeydiyyat, azərbaycan, asan xidmət
ev, şəhid ailələri, növbədənkənar, qeydiyyat, azərbaycan, asan xidmət
Ev növbəsinə dayanan şəhid ailələri ilə bağlı yeni qərar
Qaydalara əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, həmin şəxsin uçotunu onun ailə üzvləri üçün saxlanılacaq.
BAKI, 21 noyabr — Sputnik. Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Nazirlər Kabinetinin qərarı Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli 145 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən qəbul edilib.
Qaydalara əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcədə hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılacaq.
Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması üçün ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri təmsilçi olaraq uçota alınmış şəxsin vəfat etdiyi gündən etibarən 3 ay müddətində yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanına və yahud "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri"nə ərizə ilə müraciət etməlidir.
Ailə üzvlərinin birgə razılığı əsasında ailənin üzvlərindən birinin təmsilçi olması yerli icra hakimiyyəti başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya "ASAN xidmət" Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notarial qaydada təsdiq edilməlidir.
Bununla yanaşı uçota alınmış şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) ailə üçün kifayət etdiyi müəyyən edildikdə uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.