https://sputnik.az/20241121/defn-muavineti-uzre-xercler-artacaq-468926379.html
Dəfn müavinəti üzrə xərclər artacaq
Dəfn müavinəti üzrə xərclər artacaq
Sputnik Azərbaycan
Növbəti ildə dəfn müavinəti üzrə xərclər cari ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb. 21.11.2024, Sputnik Azərbaycan
2024-11-21T18:44+0400
2024-11-21T18:44+0400
2024-11-21T23:30+0400
dəfn
cəmiyyət
pul
azərbaycan
ödəniş
manat
büdcə
hesablama palatası
https://cdnn1.img.sputnik.az/img/42239/92/422399246_0:160:3073:1888_1920x0_80_0_0_e9e399315a396f570221aae1d9b225c3.jpg
BAKI, 21 noyabr — Sputnik. Dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasından əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması və cari il üçün dinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimum məbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunan vəsaitin məbləğinə yenidən baxılması zərurəti yarana bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib. Qeyd edilib ki, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinin həcminə görə 3-cü müavinət növü dəfn üçün müavinətlərdir. Dəfn üçün müavinətlər üzrə xərclər cari ildə ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılmışdır. Cari ilin I yarısında 20311 nəfərə görə dəfn müavinəti ödənilib ki, bu da cari ilin proqnoz göstəricisinin 48,4%-i həcmindədir. I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 mln. manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2%-i deməkdir. İzahata əsasən qeyd edək ki, növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı cari ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və ya 1,2% az proqnozlaşdırılmışdır. Növbəti ildə dəfn müavinəti üzrə xərclər cari ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb. "Büdcə zərfi"nə əlavə edilmiş İzahata görə, növbəti ildə dəfn müavinəti ilə bağlı xərclərin hesablanması məqsədilə bu müavinətin təyin edilcəyi 41500 halın nəzərdə tutulduğu, cari ildə müavinət təyin edilmiş halların əsas hissəsinin (cari il üzrə 95,9%-nin) əmək pensiyaçılarını əhatə etməsi nəzərə alınsa, aparılan hesablamalar Layihəyə daxil edilmiş vəsaitin 97,8%-ə bərabər olan məbləğin tələb olunacağını göstərir. Növbəti ildə əvvəlki ildə vəfat etmiş şəxslərin dəfn müavinəti ilə bağlı sənədlərin təqdim edilməsi və ya sığortaolunanlar üzrə də birdəfəlik dəfn müavinətinin məbləğinin artırılacağı təqdirdə dəfn müavinəti üzrə xərclərə yenidən baxılması zərurəti yarana bilər. Xatırladaq ki, gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır. Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.Dəfn pulu kimlərə ödənilmir? İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinət verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Dəfn üçün birdəfəlik müavinət dəfn xərcini çəkən şəxsə təyin olunur və ödənişi müvafiq bank vasitəsi ilə həyata keçirilir. Göründüyü kimi, dəfn pulu müavinəti geniş kateqoriyanı əhatə etsə də, heç də hamıya şamil deyil. Belə ki, məcburi dövlət sosial sığorta ödənişi etməyənlər, işləməyən və buna görə ödəniş almayanlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, məcburi dövlət sosial sığorta haqqına görə borcu olanlar üçün dəfn pulu ödənilmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42239/92/422399246_170:0:2901:2048_1920x0_80_0_0_82630b29e6545e357e8ae39b7f88bfbf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dəfn, pul, azərbaycan, ödəniş, manat, büdcə, hesablama palatası
dəfn, pul, azərbaycan, ödəniş, manat, büdcə, hesablama palatası
Dəfn müavinəti üzrə xərclər artacaq
18:44 21.11.2024 (Yenilənib: 23:30 21.11.2024) Növbəti ildə dəfn müavinəti üzrə xərclər cari ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb.
BAKI, 21 noyabr — Sputnik. Dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasından əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması və cari il üçün dinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimum məbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunan vəsaitin məbləğinə yenidən baxılması zərurəti yarana bilər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.
Qeyd edilib ki, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinin həcminə görə 3-cü müavinət növü dəfn üçün müavinətlərdir. Dəfn üçün müavinətlər üzrə xərclər cari ildə ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılmışdır. Cari ilin I yarısında 20311 nəfərə görə dəfn müavinəti ödənilib ki, bu da cari ilin proqnoz göstəricisinin 48,4%-i həcmindədir. I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 mln. manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2%-i deməkdir. İzahata əsasən qeyd edək ki, növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı cari ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və ya 1,2% az proqnozlaşdırılmışdır. Növbəti ildə dəfn müavinəti üzrə xərclər cari ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb.
"Büdcə zərfi"nə əlavə edilmiş İzahata görə, növbəti ildə dəfn müavinəti ilə bağlı xərclərin hesablanması məqsədilə bu müavinətin təyin edilcəyi 41500 halın nəzərdə tutulduğu, cari ildə müavinət təyin edilmiş halların əsas hissəsinin (cari il üzrə 95,9%-nin) əmək pensiyaçılarını əhatə etməsi nəzərə alınsa, aparılan hesablamalar Layihəyə daxil edilmiş vəsaitin 97,8%-ə bərabər olan məbləğin tələb olunacağını göstərir. Növbəti ildə əvvəlki ildə vəfat etmiş şəxslərin dəfn müavinəti ilə bağlı sənədlərin təqdim edilməsi və ya sığortaolunanlar üzrə də birdəfəlik dəfn müavinətinin məbləğinin artırılacağı təqdirdə dəfn müavinəti üzrə xərclərə yenidən baxılması zərurəti yarana bilər.
Xatırladaq ki, gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır. Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.
Dəfn pulu kimlərə ödənilmir?
İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinət verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Dəfn üçün birdəfəlik müavinət dəfn xərcini çəkən şəxsə təyin olunur və ödənişi müvafiq bank vasitəsi ilə həyata keçirilir.
Göründüyü kimi, dəfn pulu müavinəti geniş kateqoriyanı əhatə etsə də, heç də hamıya şamil deyil. Belə ki, məcburi dövlət sosial sığorta ödənişi etməyənlər, işləməyən və buna görə ödəniş almayanlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, məcburi dövlət sosial sığorta haqqına görə borcu olanlar üçün dəfn pulu ödənilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.