Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

COP29-da ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib

© Sputnik / Murad OrujovCOP29 sammiti
COP29 sammiti - Sputnik Azərbaycan, 1920, 21.11.2024
Abunə olmaq
Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.
BAKI, 21 noyabr — Sputnik. COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib. Sputnik Azərbaycan xəbər verir ki, bəyannaməni COP29 prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen imzalayıb.
Qeyd edək ki, "Bakı Su Dialoqu" platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen çıxışı zamanı bildirib ki, təxminən, 3 milyard insan su qıtlığı ilə üzləşir və fəlakətlərin 90 faizi, o cümlədən quraqlıq və yanğınlar su ilə əlaqəlidir.

"Biz çox ciddi tədbirlər görməliyik və su ilə bağlı tədbirlər də bu səylərin bir hissəsi olmalıdır. Uzunmüddətli davamlılığı və su ehtiyatlarının dayanıqlığını təmin etmək üçün NDC-lərə (ölkələrin emissiyaları azaltmaq öhdəliyi - red.) su ehtiyatlarının idarə edilməsi tədbirləri daxil edilməli və ekoloji və iqlim perspektivləri nəzərə alınmalıdır. Ölkələr bu istiqamətdə addımlar atırlar və bu, yaxşı xəbərdir. 2023-cü ildə BMT Su Konfransında və BMT-nin Ətraf Mühit Assambleyasında su siyasətinin gücləndirilməsi və su ehtiyatlarının idarə edilməsi təşəbbüslərinin genişləndirilməsi barədə qətnamə qəbul edildi. Keçmişdə təqdim edilən NDC-lərin 90%-də su komponentləri mövcuddur və bu, çox yaxşıdır. Lakin sərt həqiqət budur ki, bu öhdəliklər maliyyə, fəaliyyət və inteqrasiya olunmuş yanaşmalarla uyğun gəlmir. Bu dialoq çox vacibdir və sektorlararası düşüncədən iqtisadiyyat miqyasında düşüncəyə keçidi sürətləndirməliyik", - deyə Andersen bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0