https://sputnik.az/20241121/abs-edliyye-nazirliyi-googledan-chrome-brauzerini-satmagi-teleb-etmeye-hazirlasir-468884438.html
ABŞ Ədliyyə Nazirliyi "Google"dan "Chrome" brauzerini satmağı tələb etməyə hazırlaşır
ABŞ Ədliyyə Nazirliyi "Google"dan "Chrome" brauzerini satmağı tələb etməyə hazırlaşır
Sputnik Azərbaycan
Oktyabrın əvvəlində ABŞ Ədliyyə Nazirliyinin "Google"u öz biznesinin bir hissəsini satmağa məcbur etmək imkanlarını araşdırdığı bildirilib. 21.11.2024, Sputnik Azərbaycan
2024-11-21T00:15+0400
2024-11-21T00:15+0400
2024-11-21T00:15+0400
google
dünya xəbərləri
chrome brauzeri
google chrome
android əməliyyat sistemi
android
abş
ədliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584071_0:184:3071:1911_1920x0_80_0_0_02452b71b74cd03027d1bea9896c88e6.jpg
BAKI, 21 noyabr — Sputnik. ABŞ Ədliyyə Nazirliyinin antiinhisar orqanı "Google"a məxsus olan "Chrome" brauzerinin "Alphabet Inc." şirkəti tərəfindən satışını tələb edəcək. Bu barədə "Bloomberg" məlumat yayıb. Nazirliyikdən bildirilib ki, rəsmi şəxslər yayın sonunda "Google"un axtarış bazarını qeyri-qanuni olaraq inhisara alması barədə qərar çıxaran federal hakimə müraciət edəcək və ondan müvafiq tədbirlər görməsini istiyəcəklər. Antiinhisar orqanının əməkdaşları qeyd ediblər ki, "Chrome" dünyada ən çox istifadə edilən brauzerdir və ABŞ-da bazarın 60 faizindən çoxunu təşkil edir. "Google"da hökumətin bu cür planları təkcə istehlakçılara və tərtibatçılara deyil, həm də ABŞ-ın texnoloji liderliyinə zərər verə biləcək radikal gündəmin təşviqi hesab edilib. Oktyabrın əvvəlində ABŞ Ədliyyə Nazirliyinin "Google"u öz biznesinin bir hissəsini satmağa məcbur etmək imkanlarını araşdırdığı bildirilib. Söhbət axtarış və süni intellekt sahələrində üstünlüklər əldə etmək üçün "Google"un "Chrome", "Play" və "Android" kimi məhsullardan istifadə etməsinə imkan verməyəcək tədbirlərdir. Nəhəng "Google"un bir neçə şirkətə bölünməsi mümkündür.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1f/426584071_4:0:2735:2048_1920x0_80_0_0_259da3413d815a6b4120d104cce8ead2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
google, chrome brauzeri, google chrome, android əməliyyat sistemi, android, abş, ədliyyə nazirliyi
google, chrome brauzeri, google chrome, android əməliyyat sistemi, android, abş, ədliyyə nazirliyi
ABŞ Ədliyyə Nazirliyi "Google"dan "Chrome" brauzerini satmağı tələb etməyə hazırlaşır
Oktyabrın əvvəlində ABŞ Ədliyyə Nazirliyinin "Google"u öz biznesinin bir hissəsini satmağa məcbur etmək imkanlarını araşdırdığı bildirilib.
BAKI, 21 noyabr — Sputnik. ABŞ Ədliyyə Nazirliyinin antiinhisar orqanı "Google"a məxsus olan "Chrome" brauzerinin "Alphabet Inc." şirkəti tərəfindən satışını tələb edəcək.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Nazirliyikdən bildirilib ki, rəsmi şəxslər yayın sonunda "Google"un axtarış bazarını qeyri-qanuni olaraq inhisara alması barədə qərar çıxaran federal hakimə müraciət edəcək və ondan müvafiq tədbirlər görməsini istiyəcəklər. Antiinhisar orqanının əməkdaşları qeyd ediblər ki, "Chrome" dünyada ən çox istifadə edilən brauzerdir və ABŞ-da bazarın 60 faizindən çoxunu təşkil edir.
"Google"da hökumətin bu cür planları təkcə istehlakçılara və tərtibatçılara deyil, həm də ABŞ-ın texnoloji liderliyinə zərər verə biləcək radikal gündəmin təşviqi hesab edilib.
Oktyabrın əvvəlində ABŞ Ədliyyə Nazirliyinin "Google"u öz biznesinin bir hissəsini satmağa məcbur etmək imkanlarını araşdırdığı bildirilib. Söhbət axtarış və süni intellekt sahələrində üstünlüklər əldə etmək üçün "Google"un "Chrome", "Play" və "Android" kimi məhsullardan istifadə etməsinə imkan verməyəcək tədbirlərdir. Nəhəng "Google"un bir neçə şirkətə bölünməsi mümkündür.