CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 20 noyabr – FOTO

© Sputnik20 noyabr
20 noyabr - Sputnik Azərbaycan, 1920, 20.11.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 20 noyabr — Sputnik. Noyabrın 20-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 20-də kimlər anadan olub?
Gültəkin Əsgərova (1960-1992) - Azərbaycan zabiti, həkim və Azərbaycanın Milli Qəhrəmanıdır. O, 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə cəbəyə yollanıb. Gültəkin Əsgərova Turşsu və Şuşadakı döyüşlərdə iştirak edib, döyüş bölgəsindən yaralıları çıxarıb və onlara ilkin tibbi yardım göstərərək yardım edib.
© Photo : Public domainGültəkin Əsgərova
Gültəkin Əsgərova  - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Gültəkin Əsgərova
Fernan Magellan (1480-1521) - Prtuqaliya və İspaniya dənizçisidir. O, ilk dünya səyahətini edən ekspedisiyaya komandanlıq edib. Magellanın səyahəti dünyanın kürəşəkilli olduğunu, Amerika və Asiya arasında okean olduğunu və vahid dunya okeanının mövcudluğunu sübut edib. O, ekspedisiya səyahəti zamanı adanın başçısı Lapu-Lapu adlı şəxs tərəfindən öldürülüb.
© AP Photo / Steven SenneFernan Magellanın heykəli
Fernan Magellanın heykəli - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Fernan Magellanın heykəli
Karl Ritter fon Friş (1886-1982) - Avstriya-Almaniya bioloqu və zooloqudur. O, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatıdır.
© AP Photo / CLAUS HAMPELKarl Ritter fon Friş
Karl Ritter fon Friş  - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Karl Ritter fon Friş
Maya Plisetskaya (1925-2015) - Sovet və Rusiya balerinası, baletmeysteri və xoreoqrafdır. O, 1948-1990-cı illərdə SSRİ-nin "Bolşoy teatr"ının prima-balerinasıdır. Plisetskaya XX əsrin ən möhtəşəm balerinlərindən biri hesab olunur.
© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidMaya Plisetskaya
Балерина и хореограф Майя Плисецкая - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Maya Plisetskaya
Mixail Ulyanov (1927-2007) - Sovet və Rusiya teatr və kino aktyoru, SSRİ xalq artistidir.
© Sputnik / Василий МалышевMixail Ulyanov
Mixail Ulyanov - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Mixail Ulyanov
Aleksey Batalov (1928-2017) - Sovet və Rusiya aktyoru, rejissor, ictimai xadim və SSRİ xalq artistidir.
© Sputnik / Борис Кауфман / Mediabanka keçidAleksey Batalov
Алексей Баталов - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Aleksey Batalov
Co Bayden (1942) - ABŞ-ın 46-cı prezidenti (2021-ci ildən), Amerikanın siyasi və dövlət xadimidir.
© AP Photo / Susan WalshCo Bayden
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Co Bayden
Patriarx Kirill (1946) - 2009-cu ildən bəri Moskva və Bütün Rusiya patriarxıdır.
© SputnikPatriarx Kirill
Патриарх Кирилл  - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Patriarx Kirill
20 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1962-ci ildə SSRİ ilə ABŞ arasında Karib böhranı (Kuba raket böhranı) başa çatıb.
1979-cu ildə dünyada ilk dəfə ABŞ-da süni qan köçürülməsi baş tutub.
1985-ci ildə "Microsoft Windows" 1.0 əməliyyat sistemini təqdim edib. Bu sistem müxtəlif kompüter avadanlıqları üçün proqram təminatının istehsalı ilə məşğuldur.
1989-cu ildə BMT-nin 193 ölkəsinin dəstəyi ilə Uşaq Hüquqları Konvensiyası qəbul edilib. Bu tarix Ümumdünya Uşaq Günü kimi bütün dünyada qeyd olunur.
1991-ci ildə, Azərbaycan hökumətinin nümayəndələrinin, SSRİ, Rusiya və Qazaxıstan Müdafiə Nazirliyinin müşahidəçilərinin olduğu Mi-8 helikopteri Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında ermənilər tərəfindən vurulub. Terror aktı nəticəsində 22 nəfər həlak olub.
1998-ci ildə Beynəlxalq Kosmik Stansiyanın ("Zarya" modulu) ilk modulu işə salınıb.
2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun respublika ordusunun nəzarəti altına alındığını söyləyib.
Xəbər lenti
0