DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail UNESCO-nun Ümumdünya İrs şəhərinə zərbə endirib

© iStock.com / SlavkoSeredaUNESCO
UNESCO - Sputnik Azərbaycan, 1920, 20.11.2024
Abunə olmaq
Suriyanın Palmira şəhəri TSAXAL-ın növbəti həmləsinin ünvanına çevrilib.
BAKI, 20 noyabr — Sputnik. İsrail Müdafiə Qüvvələri (TSAXAL) UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Suriyanın qədim Palmira şəhərinə zərbə endirib.
Bu barədə "Lenta.ru" "SANA" agentliyinə istinadən xəbər verib.
"Palmira şəhərində eşidilən partlayış səsləri yaşayış binalarına və sənaye şəhərinə İsrailin endirdiyi zərbənin nəticəsidir", agentliyin müxbiri qeyd edir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Palmira şəhəri qədim Roma memarlığının şah əsərlərinin nümunəsi statusunu alıb. I əsrdə inşa edilmiş Bel məbədi, II əsrə aid Baal-Şamin məbədi, həmçinin Şərq və Qərb antik üslublarının unikal birləşməsinə görə ictimai mərkəzi olan teatr və karvansaray xüsusi tarixi və mədəni əhəmiyyətə malikdir.
Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələri Rusiya Silahlı Qüvvələrinin bazasının yerləşdiyi Aralıq dənizi sahilindəki Suriyanın Tartus şəhəri yaxınlığındakı hərbi obyektlərə hücum edib. Şəhər Aralıq dənizində Rusiya hərbi donanmasının yeganə təmir və təchizat doldurma məntəqəsidir.
Xəbər lenti
0