https://sputnik.az/20241120/qazaxistan-a-de-dovlet-satinalmalari-ile-bagli-muhum-sazisi-tesdiqledi-468900621.html
Qazaxıstan Aİİ-də dövlət satınalmaları ilə bağlı mühüm sazişi təsdiqlədi
Qazaxıstan Aİİ-də dövlət satınalmaları ilə bağlı mühüm sazişi təsdiqlədi
Sputnik Azərbaycan
Sazişin ratifikasiyası dövlət satınalmaları sahəsində əməkdaşlığın uzunmüddətli və daimi əsaslarla gücləndirilməsinə yönəlib. 20.11.2024, Sputnik Azərbaycan
2024-11-20T19:05+0400
2024-11-20T19:05+0400
2024-11-20T19:11+0400
dünya xəbərləri
aii
avrasiya iqtisadi ittifaqı
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e8/03/15/463434645_0:0:3066:1725_1920x0_80_0_0_997f710072cda898577f8a1ddd1886cf.jpg
BAKI, 20 noyabr - Sputnik. Qazaxıstan parlamentinin aşağı palatası plenar iclasda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində dövlət satınalmalarına bank zəmanətlərinin qarşılıqlı tanınması haqqında sazişi ratifikasiya edib.Bu barədə Qazaxıstan parlamentinin mətbuat xidməti məlumat yayıb. Mətndə vurğulanır ki, müqavilə belə bankların siyahısının yaradılması və bank zəmanətlərinin reyestrinin aparılması qaydalarını müəyyən edir. Sənədin ratifikasiyası dövlət satınalmaları sahəsində əməkdaşlığın uzunmüddətli əsaslarla inkişaf etdirilməsi məqsədi daşıyır. Birliyin digər dövlətlərinin ərazisində həyata keçirilən satınalmalarda iştirak edərkən Aİİ ölkələrindən birində qeydiyyatdan keçmiş potensial təchizatçılar üçün bərabər şərtlər təmin edir.Aİİ 2015-ci il yanvarın 1-dən qüvvədə olan beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Bura Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib. Aİİ malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən ən böyük iqtisadi birliklərdən biridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/15/463434645_135:0:2866:2048_1920x0_80_0_0_bedb82906152128e973856ae08df321c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aii, avrasiya iqtisadi ittifaqı, qazaxıstan
aii, avrasiya iqtisadi ittifaqı, qazaxıstan
Qazaxıstan Aİİ-də dövlət satınalmaları ilə bağlı mühüm sazişi təsdiqlədi
19:05 20.11.2024 (Yenilənib: 19:11 20.11.2024) Sazişin ratifikasiyası dövlət satınalmaları sahəsində əməkdaşlığın uzunmüddətli və daimi əsaslarla gücləndirilməsinə yönəlib.
BAKI, 20 noyabr - Sputnik. Qazaxıstan parlamentinin aşağı palatası plenar iclasda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində dövlət satınalmalarına bank zəmanətlərinin qarşılıqlı tanınması haqqında sazişi ratifikasiya edib.
Bu barədə Qazaxıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
"Məclisin (Qazaxıstan parlamentinin aşağı palatası - red.) deputatları dövlət (bələdiyyə) satınalmaları üzrə bank zəmanətlərinin qarşılıqlı tanınması haqqında sazişi təsdiqləyiblər. Sənəd 2023-cü il avqustun 29-da Moskvada imzalanıb. O, digər Aİİ üzv dövlətlərində zəmanətləri qəbul edilən banklar üçün vahid tələbləri müəyyən edir" - məlumatda deyilir.
Mətndə vurğulanır ki, müqavilə belə bankların siyahısının yaradılması və bank zəmanətlərinin reyestrinin aparılması qaydalarını müəyyən edir. Sənədin ratifikasiyası dövlət satınalmaları sahəsində əməkdaşlığın uzunmüddətli əsaslarla inkişaf etdirilməsi məqsədi daşıyır. Birliyin digər dövlətlərinin ərazisində həyata keçirilən satınalmalarda iştirak edərkən Aİİ ölkələrindən birində qeydiyyatdan keçmiş potensial təchizatçılar üçün bərabər şərtlər təmin edir.
Aİİ 2015-ci il yanvarın 1-dən qüvvədə olan beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Bura Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib.
Aİİ malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edən ən böyük iqtisadi birliklərdən biridir.