https://sputnik.az/20241120/nazir-ran-rusiya-elektrik-sebekesinin-azerbaycan-vasitesile-birlesdirilmesini-teqdir-etdi-468884708.html
Nazir İran-Rusiya elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə birləşdirilməsini təqdir etdi
Nazir İran-Rusiya elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə birləşdirilməsini təqdir etdi
Sputnik Azərbaycan
Energetika naziri Abbas Əliabadi deyib ki, İranın hazırda qonşu ölkələrlə birbaşa elektrik əlaqələri var və bu əlaqələri inkişaf etdirmək niyyətindədir. 20.11.2024, Sputnik Azərbaycan
2024-11-20T21:00+0400
2024-11-20T21:00+0400
2024-11-20T21:00+0400
iranlı
dünya xəbərləri
iran
rusiya
elektrik enerjisi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366922_0:203:2920:1846_1920x0_80_0_0_bb2cbcce5fae5a15e770eca66ee098c7.jpg
BAKI, 20 noyabr — Sputnik. Azərbaycan vasitəsi ilə İran və Rusiyanın elektrik şəbəkəsinin birləşdirilməsi əlaqələri və əməkdaşlığı daha da gücləndirəcək. Bunu Tehranda İranın energetika naziri Abbas Əliabadi Rusiyanın energetika naziri Sergey Tsivilevlə görüşdən sonra verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, uzun illərdir elektrik şəbəkəsinin birləşdirilməsi və sinxron edilməsi ilə əlaqədar təkliflər irəli sürülüb. İran və Rusiyanın hər ikisinin böyük elektrik şəbəkəsi var. Bu iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi regionda böyük elektrik şəbəkəsi yarada bilər ki, digər ölkələr də ondan faydalana bilsinlər. Əliabadi deyib ki, bu gün rusiyalı həmkarı ilə iki ölkənin elektrik şəbəkəsinin birləşdirilməsi istiqamətində ətraflı müzakirələr aparılıb. Rusiya tərəfi bu sahədə lazımi əməkdaşlıq etməyə hazır olduğunu elan edib. İranlı nazir qeyd edib ki, İranın hazırda qonşu ölkələrlə birbaşa elektrik əlaqələri var və bu əlaqələri inkişaf etdirmək niyyətindədir. "İranın elektrik şəbəkəsinin gərginlik səviyyəsi 400 kilovoltdur. İran elektrik nəqlində itkinin azaldılması məqsədilə gərginlik səviyyəsini artırmaqda maraqlıdır. Elektrikin başqa ölkələrə nəql olunması üçün gərginlik səviyyəsi artırılmalıdır", o qeyd edib. Rusiyanın energetika naziri Sergey Tsivilev də Rusiyanın İranla əməkdaşlığı artırmağa maraqlı olduğunu qeyd edib və bildirib ki, Rusiyanın İranla çoxlu sayda müştərək layihələri vardır. elektrik enerjisindən istifadə üçün yeni strategiya tənzimlənməlidir. Təchizatların, o cümlədən qaz turbinlərinin təmin olunması istiqamətində ehtiyacların aradan qaldırılması üzrə İranla texniki biliyin mübadiləsi Rusiyanın proqramına daxildir. Qeyd edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın "Monenko" şirkəti həyata keçirib.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366922_95:0:2826:2048_1920x0_80_0_0_fc214502574d108f9ce369b670475a7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iranlı, iran, rusiya, elektrik enerjisi
iranlı, iran, rusiya, elektrik enerjisi
Nazir İran-Rusiya elektrik şəbəkəsinin Azərbaycan vasitəsilə birləşdirilməsini təqdir etdi
Energetika naziri Abbas Əliabadi deyib ki, İranın hazırda qonşu ölkələrlə birbaşa elektrik əlaqələri var və bu əlaqələri inkişaf etdirmək niyyətindədir.
BAKI, 20 noyabr — Sputnik. Azərbaycan vasitəsi ilə İran və Rusiyanın elektrik şəbəkəsinin birləşdirilməsi əlaqələri və əməkdaşlığı daha da gücləndirəcək.
Bunu Tehranda İranın energetika naziri Abbas Əliabadi Rusiyanın energetika naziri Sergey Tsivilevlə görüşdən sonra verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, uzun illərdir elektrik şəbəkəsinin birləşdirilməsi və sinxron edilməsi ilə əlaqədar təkliflər irəli sürülüb. İran və Rusiyanın hər ikisinin böyük elektrik şəbəkəsi var. Bu iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi regionda böyük elektrik şəbəkəsi yarada bilər ki, digər ölkələr də ondan faydalana bilsinlər.
Əliabadi deyib ki, bu gün rusiyalı həmkarı ilə iki ölkənin elektrik şəbəkəsinin birləşdirilməsi istiqamətində ətraflı müzakirələr aparılıb. Rusiya tərəfi bu sahədə lazımi əməkdaşlıq etməyə hazır olduğunu elan edib.
İranlı nazir qeyd edib ki, İranın hazırda qonşu ölkələrlə birbaşa elektrik əlaqələri var və bu əlaqələri inkişaf etdirmək niyyətindədir.
"İranın elektrik şəbəkəsinin gərginlik səviyyəsi 400 kilovoltdur. İran elektrik nəqlində itkinin azaldılması məqsədilə gərginlik səviyyəsini artırmaqda maraqlıdır. Elektrikin başqa ölkələrə nəql olunması üçün gərginlik səviyyəsi artırılmalıdır", o qeyd edib.
Rusiyanın energetika naziri Sergey Tsivilev də Rusiyanın İranla əməkdaşlığı artırmağa maraqlı olduğunu qeyd edib və bildirib ki, Rusiyanın İranla çoxlu sayda müştərək layihələri vardır. elektrik enerjisindən istifadə üçün yeni strategiya tənzimlənməlidir. Təchizatların, o cümlədən qaz turbinlərinin təmin olunması istiqamətində ehtiyacların aradan qaldırılması üzrə İranla texniki biliyin mübadiləsi Rusiyanın proqramına daxildir.
Qeyd edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın "Monenko" şirkəti həyata keçirib.