CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doqquz yüz altmış manat kimlərə veriləcək?Nazirlik açıqladı

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv
Azərbaycan manatı, arxiv - Sputnik Azərbaycan, 1920, 20.11.2024
Abunə olmaq
Dəfn üçün birdəfəlik müavinət dəfn xərcini çəkən şəxsə təyin olunur və ödənişi müvafiq bank vasitəsi ilə həyata keçirilir.
BAKI, 20 noyabr — Sputnik. Gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır. Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb. Sosial şəbəkələrdə bəzi insanalar vəfat etdikdə onların yaxınlarına dəfn pulunun verilmədiyi barədə məlumat yayılıb.
Sputnik Azərbaycan kimlər üçün dəfn pulu verilmədiyini araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, dəfn üçün birdəfəlik müavinət sığortaolunan, əmək pensiyaçısı və ya dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət və ailə başçısını itirməyə görə müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə təyin olunur və dəfn xərcini çəkən şəxsə ödənilir.
© Sputnik / Murad OrujovƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Министерство труда и социальной защиты населения - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Müavinətin məbləği pensiya alan şəxs vəfat etdikdə minimum əmək pensiyasının 3 misli-yəni hazırda 840 manat, ömürlük müavinət alan dövlət qulluqçuları, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət alanlar, sığortaolunan və işsizlikdən sığorta ödənişi alan şəxslər vəfat etdikdə isə 500 manat təşkil edir.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləği daha çox olan, yəni minimum əmək pensiyasının 3 misli (840 manat) qədər müavinət ödənilir.
Dəfn pulu kimlərə ödənilmir?
İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinət verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Dəfn üçün birdəfəlik müavinət dəfn xərcini çəkən şəxsə təyin olunur və ödənişi müvafiq bank vasitəsi ilə həyata keçirilir.
Göründüyü kimi, dəfn pulu müavinəti geniş kateqoriyanı əhatə etsə də, heç də hamıya şamil deyil. Belə ki, məcburi dövlət sosial sığorta ödənişi etməyənlər, işləməyən və buna görə ödəniş almayanlar, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, məcburi dövlət sosial sığorta haqqına görə borcu olanlar üçün dəfn pulu ödənilmir.
Dəfn müavinətini almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) müraciət edilməlidir. Müavinət 10 gün müddətində ödənilir. Müavinətin təyin olunmasından imtina edildiyi halda isə 5 gün ərzində bu barədə məlumat verilir.
Qeyd edək ki, 2024-cü ilin 6 ayı üzrə dəfn üçün birdəfəlik sosial müavinətin faktiki orta məbləği 820 manat olub. Gələn il dəfn üçün birdəfəlik sosial müavinətin 960 manat olması proqnozlaşdırılır.
Xəbər lenti
0