Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda avro niyə ucuzlaşır?

© AP Photo / Vahid SalemiAvro əskinası, arxiv
Avro əskinası, arxiv - Sputnik Azərbaycan, 1920, 20.11.2024
Abunə olmaq
Ekspertin sözlərinə görə, Donald Trampın ilkin açıqlamaları onu deməyə əsas verir ki, o, ucuz dollara hesablanmış siyasət aparmağa çalışacaq və ABŞ Mərkəzi Bankından sürətlə faizlərin aşağı salınmasını tələb edəcək.
BAKI, 20 noyabr — Sputnik. Son günlər Azərbaycanda avronun ucuzlaşması müşahidə olunur. Hazırda 1 avro 1,79 manata düşüb. Noyabrın əvvəlində isə 1 avro 1,85 manata satılırdı. Bu ayın əvvəli ilə müqayisədə ölkədə avro 3,2 faiz ucuzlaşıb.
Bəs maraqlıdır, Azərbaycanda avronun ucuzlaşmasının səbəbləri nədir və bu proses davam edəcəkmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun məzənnəsi ayrıca müəyyən edilmir: "Manat dollar indeksli valyutadır, yəni ABŞ dolları digər valyutalara qarşı hansı istiqamətdə hərəkət edirsə, manat da eyni istiqamətdə hərəkət edir. Çünki ölkəmizdə inzibati qaydada Azərbaycan manatının təkcə ABŞ dollarına qarşı sabit saxlanılması həyata keçirilir. Artıq doqquzuncu ildir ki, bizdə ABŞ dolları qarşısında dəyişməz məzənnə sistemi var".
O qeyd edib ki, ABŞ-də Donald Trampın 5 noyabr prezident seçkilərində qalib gəlməsindən sonra dünyada ABŞ dolları bahalaşıb və avro qarşısında xeyli möhkəmlənib: "ABŞ-də prezident seçkilərindən öncə 1,12 dollar 1 avro idisə, hazırda 1,05 dollar 1 avrodur. Artıq dollar-avro məzənnəsindəki dəyişiklik manat-avro məzənnəsində də özünü göstərir. Çünki dolların manat qarşısında məzənnəsinin dəyişməz olduğunu nəzərə almaq lazımdır. Yəni manatın digər valyutalara qarşı məzənnəsi ABŞ dollarının həmin valyutalara qarşı olan məzənnəsindən asılıdır".
© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Natiq Cəfərli
"Tramp əlindən gələni edəcək ki, dollar bahalaşmasın"
Ekspertin sözlərinə görə, Donald Trampın ilkin açıqlamaları onu deməyə əsas verir ki, o, ucuz dollara hesablanmış siyasət aparmağa çalışacaq və ABŞ Mərkəzi Bankından sürətlə faizlərin aşağı salınmasını tələb edəcək: "Donald Tramp düşünür ki, dollar ucuz olarsa, ABŞ-də istehsal və ixrac stimullaşacaq. Doğurdan da iqtisadi nəzəriyyəyə görə, istənilən valyutanın digər valyutalara qarşı ucuzlaşması istehsal və ixracı stimullaşdırır. Amma bir şərtlə ki, ölkədə istehsal və xidmət sahələri yüksək səviyyədə inkişaf etməlidir. Ona görə də Donald Trampın qələbəsindən sonra ABŞ bazarlarında müsbət abu-hava var. ABŞ bazarlarında bu müsbət abu-hava bir müddət davam edə bilər. Amma orta və uzunmüddətli perspektivdə Tramp əlindən gələni edəcək ki, dollar bahalaşmasın".
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun ucuzlaşması dünyada dolların bahalaşması ilə bağlıdır: "Manatın məzənnəsi ABŞ dolları ilə müqayisədə formalaşır və dolların məzənnəsi 1,7000 manat saxlanılıb. Amma bizdə digər bütün valyutaların məzənnəsi manatla dollar arasında olan münasibətdən formalaşır. Dünya bazarlarında valyutaların ABŞ dollarına qarşı mövqeyinin dəyişməsi son nəticədə manata qarşı da mövqeyinin dəyişməsinə gətirib çıxarır. Başqa sözlə, dollar avro qarşısında bahalaşanda manat da avro qarşısında bahalaşır. Dünyada dolların bahalaşması Donald Trampın seçkilərdə qələbə qazanması ilə bağlıdır".
© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 19.11.2024
İqtisadçı-ekspert Xalid Kərimli
Mərkəzi Bankın sədri: "Sabit məzənnə rejimi ən əlverişlidir"
Qeyd edək ki, bu həftə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, Mərkəzi Bankın ilk növbədə mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir: "Bu məqsədə nail olmaq üçün hər hansı rejim uyğundursa, onu da seçəcəyik. Bu gün hökumətlə bir yerdə düşünürük ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir. Gələn il, o biri il üzən məzənnə rejiminə keçmək məqsədimiz yoxdur. Bu il, növbəti illərdə də dolların məzənnəsi 1,7 manat proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik".
İqtisadiyyat Nazirliyi: 2025-2028 ci illərdə manatın məzənnəsi sabit qalacaq
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Xəbər lenti
0