Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan qızıl alışına görə dünyanın ilk 5 ölkəsi sırasındadır

Abunə olmaq
Cari ilin üç rübü ərzində ən çox qızılı Polşa və Türkiyə alıb. Dünyanın qızıl alışına görə ilk 5 ölkəsi haqqında ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin üçüncü rübünün yekunlarına görə, dünyada qızıl alışına görə ilk beşliyə daxil olub.
Bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir.
Cari ilin yanvar-sentyabr aylarında ARDNF 30 tona yaxın bu qiymətli metalı alıb və beləliklə, oktyabrın 1-nə fondun qızıl ehtiyatı 127 ton təşkil edib ki, bu da illik müqayisədə 17,7% çoxdur.
Bu ilin üç rübü ərzində ən çox qızılı Polşa (60 tondan çox), Türkiyə (təxminən 60 ton), Hindistan (50 tondan çox), Çin (30 tondan çox) və ARDNF (30 tona yaxın) alıb.
Xəbər lenti
0