Tarixdə bu gün: 19 noyabr – FOTO
© Sputnik19 ноября
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 19 noyabr — Sputnik. Noyabrın 19-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 19-da kimlər anadan olub?
Mixail Lomonosov (1711-1765) - dünya səviyyəli birinci rusiyalı təbiətşünas alimi, kimyaçı və fizikdir. O, Moskva Dövlət Universitetinin qurucusudur.
© SputnikMixail Lomonosov
Mixail Lomonosov
© Sputnik
Ceyms Abram Qarfild (1831-1881) - ABŞ-ın 20-ci prezidentidir (1881-ci ilin mart-sentyabr ayları).
© AP PhotoCeyms Abram Qarfild
Ceyms Abram Qarfild
© AP Photo
İndira Qandi (1917-1984) - Hindistan siyasətçisidir. O, Hindistan tarixindəki yeganə qadın baş naziridir.
© AP Photoİndira Qandi
İndira Qandi
© AP Photo
Yuri Knorozov (1922-1999) - Rusiya tarixçisi, etnoqrafı, dilçi, tərcüməçi və epiqrafçıdır.
© Sputnik / Сергей СоловьевYuri Knorozov
Yuri Knorozov
© Sputnik / Сергей Соловьев
Calvin Klein (1942) - ABŞ geyim dizayneridir. O, məhşur "Calvin Klein" şirkətinin yaradıcısıdir.
© Getty Images / Cindy OrdKelvin Klein
Kelvin Klein
© Getty Images / Cindy Ord
Meq Rayan (1961) - ABŞ aktrisası və kino prodüseridir.
© AP Photo / Invision/Jordan StraussMeq Ryan
Meq Ryan
© AP Photo / Invision/Jordan Strauss
Codi Foster (1962) - ABŞ kino və televiziya aktrisası, kinorejissor, prodüserdir. O, "Oskar" və "Qızıl Qlobus" mükafatları laureatıdır.
© AP Photo / Jae C. HongCodi Foster
Codi Foster
© AP Photo / Jae C. Hong
19 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1190-cı ildə əsasən alman cəngavərlərdən ibarət olan Tevton dini cəngavər ordeni yaradılıb.
1493-cü ildə ispan dənizçisi Xristofor Kolumb Amerikaya ikinci səyahəti zamanı Puerto-Riko adasını kəşf edib.
1824-cü ildə Sankt-Peterburq tarixində ən dəhşətli daşqın baş verib. Neva çayında suyun səviyyəsi normadan 4,14 m yuxarı qalxıb. Nəticədə 462 ev dağılıb, 600-ə qədər insan suda boğulub, çoxlu sayda insan itkin düşüb.
1918-ci ildə Azərbaycan Milli Şurasının iclasında Xalq Cümhuriyyəti Parlamentinin çağırılması haqqında qərar qəbul edilib. Qərara əsasən, yeni parlamentdə 120 deputat olub: 80 yer müsəlmanlara (azərbaycanlılara), 21 yer ermənilərə, 10 yer rusiyalılara, 4 yer alman, yəhudi, gürcü və polyaklara ayrılıb. Bundan əlavə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulub.
1969-cu ildə astronavtlar Çarlz Konrad, Alan Bin və Riçard Qordonun idarə etdiyi "Apollon-12" kosmik gəmisi Aya eniş edib.
1986-cı ildə SSRİ-də ilk dəfə "Fərdi əmək fəaliyyəti haqqında" qanun qəbul edilib. Bununla əlaqədar ölkədə, o cümlədən Azərbaycanda ilk özəl müəssisələr - kooperativlər yaradılmağa başlanıb.
1999-cu ildə İstanbulda ATƏT-ə üzv olan dövlət başçılarının sammiti başa çatıb. Azərbaycan Prezidenti Heydər Əliyev tədbirdə çıxış edərək sammitin sənədlərini imzalayıb. Onun çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib.
2002-ci ildə NATO Parlament Assambleyasının İstanbulda keçirilən sessiyasında Azərbaycan təşkilata assosiativ üzv kimi qəbul edilib.
2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 peyvəndi ilə bağlı irəli sürdüyü qətnamə BMT-yə üzv olan dövlətlər tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzvü dövləti həmmüəllif qismində qoşulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.