https://sputnik.az/20241119/nazir-minimum-emekhaqqi-ve-pensiya-artimi-ucun-budcede-vesait-nezerde-tutulub-468863772.html
Nazir: Minimum əməkhaqqı və pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub
Nazir: Minimum əməkhaqqı və pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub
Sputnik Azərbaycan
Azərbaycanda maaş və pensiyalar qalxacaq
2024-11-19T16:01+0400
2024-11-19T16:01+0400
2024-11-19T22:18+0400
samir şərifov
iqtisadiyyat
vəsait
büdcə
minimum əmək haqqı
aylıq minimum əməkhaqqı
pensiya
pensiya
əmək pensiyası
artım
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268548_0:0:2000:1125_1920x0_80_0_0_235188d84ccac67bf2f77999d1809f17.jpg
BAKI, 19 noyabr — Sputnik. Minimum əməkhaqqı, minimum pensiya və digər sosial ödənişlərin artımı üçün 2025-ci il üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, sosial xərclərə cari illə müqayisədə 8,8% çox vəsait ayrılacaq: "Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması məqsədilə də dövlət büdcəsindən vəsait ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün dövlət büdcəsindən 310 milyon manat vəsait proqnozlaşdırılır". Qeyd edək ki, gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq. Bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub. Xatırladaq ki, Əmək Məcəlləsinə görə, minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268548_207:0:1980:1330_1920x0_80_0_0_182a12d2776ed3f0fcf8528061953968.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maaş və pensiyalar qalxacaq, büdcədə vəsait ayrıldı, azərbaycanda maaş qalxacaq
maaş və pensiyalar qalxacaq, büdcədə vəsait ayrıldı, azərbaycanda maaş qalxacaq
Nazir: Minimum əməkhaqqı və pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub
16:01 19.11.2024 (Yenilənib: 22:18 19.11.2024) Nazir bildirib ki, sosial xərclərə cari illə müqayisədə 8,8% çox vəsait ayrılacaq. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması məqsədilə də dövlət büdcəsindən vəsait ayrılacaq.
BAKI, 19 noyabr — Sputnik. Minimum əməkhaqqı, minimum pensiya və digər sosial ödənişlərin artımı üçün 2025-ci il üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, sosial xərclərə cari illə müqayisədə 8,8% çox vəsait ayrılacaq: "Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması məqsədilə də dövlət büdcəsindən vəsait ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün dövlət büdcəsindən 310 milyon manat vəsait proqnozlaşdırılır".
Qeyd edək ki, gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq. Bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb. Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.
Xatırladaq ki, Əmək Məcəlləsinə görə, minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.