Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank: Saxta sənəd və lisenziyalarla istehlakçılara yalan məlumatlar verilir

© Sputnik / Murad OrujovMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Abunə olmaq
Maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar AMB-nin internet səhifəsində bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir.
BAKI, 19 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı müşahidələrə və daxil olan müraciətlərə əsasən qurumun rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi halları var.
Bu barədə AMB-nin açıqlamasında bildirilir.
"Maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar AMB-nin internet səhifəsində (www.cbar.az) bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir. Bu kimi hallarla rastlaşdıqda səhifəmizdən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur. Əlavə suallarla bağlı Qaynar xəttə (966) müraciət oluna bilər", - deyə açıqlamada qeyd olunub.
Xəbər lenti
0