Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda xəstəliklərin qarşısının alınmasına dair strategiya hazırlanıb

© iStock.com / Morsa ImagesXəstəxana, arxiv
Xəstəxana, arxiv - Sputnik Azərbaycan, 1920, 19.11.2024
Abunə olmaq
Zəkiyyə Mustafayeva bildirib ki, iqlim dəyişikliyi yeni infeksiyalara səbəb ola bilər.
BAKI, 19 noyabr — Sputnik. Azərbaycanda "Vahid Sağlamlıq" konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya" layihəsi hazırlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva COP29 çərçivəsində baş tutan "Vahid Sağlamlıq Konfransı" adlı tədbirdə deyib
Onun sözlərinə görə, iqlim dəyişikliyi yeni infeksiyalara səbəb ola bilər:
"Bu səbəbdən "Vahid Sağlamlıq Konsepsiyası" hazırda əhəmiyyətlidir. Aidiyyəti sektorların qarşılıqlı fəaliyyəti mühümdür. Azərbaycanda zoonoz epidemiyaların aşkarlanması və çevik tədbirlər üçün aidiyyəti qurumlar birgə fəaliyyət göstərir. Böhran vəziyyətinin idarə olunması və mübarizə üçün vahid platformanın tətbiqi ilə Milli Strategiya layihəsi hazırlanıb".
Xəbər lenti
0