https://sputnik.az/20241118/yasil-iqtisadiyyata-kecid-isci-quvvesinin-bacariqlarinin-inkisafini-aktuallasdirir---nazir-468837782.html
Yaşıl iqtisadiyyata keçid işçi qüvvəsinin bacarıqlarının inkişafını aktuallaşdırır - Nazir
Yaşıl iqtisadiyyata keçid işçi qüvvəsinin bacarıqlarının inkişafını aktuallaşdırır - Nazir
Sputnik Azərbaycan
2021-2024-cü illər ərzində Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursunun təşkil edilib. 18.11.2024, Sputnik Azərbaycan
2024-11-18T11:26+0400
2024-11-18T11:26+0400
2024-11-18T11:26+0400
sahil babayev
cop29
nazir
insan
inkişaf
cop29
https://cdnn1.img.sputnik.az/img/41936/58/419365802_0:0:2001:1125_1920x0_80_0_0_c4a13dbf60944126a818267ea1b5d3dc.jpg
BAKI, 18 noyabr — Sputnik. "Hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar təklif edir. Bu sahədə təlim proqramları yaşıl iqtisadiyyata keçid üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək məqsədi daşıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas prioritetlərindən biri işçi qüvvəsinin bacarıqlarının əmək bazarının dəyişən tələblərinə uyğun davamlı inkişafına nail olunmasıdır. Nazirlik bu istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektoru əhatə edən geniş əməkdaşlıq şəbəkəsi yaradıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "İqlimə Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə Yüksək Səviyyəli Görüş"ün panel müzakirələri zamanı bildirib. Nazir moderatorun - "LinkedIn"in Davamlılıq və İşçi Qüvvəsi Siyasətinin Rəhbəri Efrem Bayserin işçi qüvvəsinin əmək bazarının ehtiyaclarına uyğun bacarıqlara yiyələnməsi, habelə yaşıl bacarıqların inkişaf etdirilməsi sahəsində görülən işlərə dair suallarını cavablandırıb. S.Babayev qeyd edib ki, əsas məqsəd əmək bazarının tələblərinə uyğun bacarıqlara malik işçi qüvvəsini inkişaf etdirmək, eyni zamanda yeni məşğulluq imkanlarının yaradılmasını təşviq etməkdir. Eyni zamanda, aparıcı İKT və innovasiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində işçi qüvvəsinin yeni bacarıqlar qazanmaları üçün peşə hazırlığı proqramları təşkil edilir. Xüsusi sosial müdafiəyə ehtiyacı olan insanların məşğulluq imkanlarını asanlaşdırmaq üçün birgə layihələr də həyata keçirilir. 2021-2024-cü illər ərzində Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursunun təşkil edildiyini bildirən nazir bu sahədə peşə təhsili mərkəzləri, dövlət və özəl tədris müəssisələri ilə əməkdaşlığı, növbəti illərdə bu əməkdaşlıq şəbəkəsinin daha da genişləndiriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, nazirlik yaşıl iqtisadiyyata keçidlə bağlı yaşıl iş yerlərinin yaradılması üzrə də bu tərəfdaşlığı genişləndirməkdə maraqlıdır. Yaşıl iqtisadiyyatın ehtiyaclarına uyğun bacarıqlara malik işçi qüvvəsinin yetişdirilməsi üçün peşə təhsili mərkəzlərinin genişləndirilməsi əsas istiqamətlərdən biridir. Hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar da təklif edir. Bu sahədə peşə təlimi proqramları Azərbaycanın yaşıl iqtisadiyyata keçidi üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyır. Panel müzakirələrində həmçinin İtaliya, Hollandiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya və digər ölkələrdən qurum rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri fikirlərini ifadə ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41936/58/419365802_0:0:1773:1330_1920x0_80_0_0_14cafb923cb0510f2869defcd04f53c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sahil babayev, nazir, insan, inkişaf, cop29
sahil babayev, nazir, insan, inkişaf, cop29
Yaşıl iqtisadiyyata keçid işçi qüvvəsinin bacarıqlarının inkişafını aktuallaşdırır - Nazir
2021-2024-cü illər ərzində Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursunun təşkil edilib.
BAKI, 18 noyabr — Sputnik. "Hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar təklif edir. Bu sahədə təlim proqramları yaşıl iqtisadiyyata keçid üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək məqsədi daşıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas prioritetlərindən biri işçi qüvvəsinin bacarıqlarının əmək bazarının dəyişən tələblərinə uyğun davamlı inkişafına nail olunmasıdır. Nazirlik bu istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektoru əhatə edən geniş əməkdaşlıq şəbəkəsi yaradıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "İqlimə Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə Yüksək Səviyyəli Görüş"ün panel müzakirələri zamanı bildirib.
Nazir moderatorun - "LinkedIn"in Davamlılıq və İşçi Qüvvəsi Siyasətinin Rəhbəri Efrem Bayserin işçi qüvvəsinin əmək bazarının ehtiyaclarına uyğun bacarıqlara yiyələnməsi, habelə yaşıl bacarıqların inkişaf etdirilməsi sahəsində görülən işlərə dair suallarını cavablandırıb.
S.Babayev qeyd edib ki, əsas məqsəd əmək bazarının tələblərinə uyğun bacarıqlara malik işçi qüvvəsini inkişaf etdirmək, eyni zamanda yeni məşğulluq imkanlarının yaradılmasını təşviq etməkdir. Eyni zamanda, aparıcı İKT və innovasiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində işçi qüvvəsinin yeni bacarıqlar qazanmaları üçün peşə hazırlığı proqramları təşkil edilir. Xüsusi sosial müdafiəyə ehtiyacı olan insanların məşğulluq imkanlarını asanlaşdırmaq üçün birgə layihələr də həyata keçirilir.
2021-2024-cü illər ərzində Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursunun təşkil edildiyini bildirən nazir bu sahədə peşə təhsili mərkəzləri, dövlət və özəl tədris müəssisələri ilə əməkdaşlığı, növbəti illərdə bu əməkdaşlıq şəbəkəsinin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
O qeyd edib ki, nazirlik yaşıl iqtisadiyyata keçidlə bağlı yaşıl iş yerlərinin yaradılması üzrə də bu tərəfdaşlığı genişləndirməkdə maraqlıdır. Yaşıl iqtisadiyyatın ehtiyaclarına uyğun bacarıqlara malik işçi qüvvəsinin yetişdirilməsi üçün peşə təhsili mərkəzlərinin genişləndirilməsi əsas istiqamətlərdən biridir. Hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar da təklif edir. Bu sahədə peşə təlimi proqramları Azərbaycanın yaşıl iqtisadiyyata keçidi üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyır.
Panel müzakirələrində həmçinin İtaliya, Hollandiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya və digər ölkələrdən qurum rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri fikirlərini ifadə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.