Tarixdə bu gün: 18 noyabr – FOTO
08:00 18.11.2024 (Yenilənib: 10:12 18.11.2024)
© Sputnik18 noyabr
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 18 noyabr — Sputnik. Noyabrın 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 18-də kimlər anadan olub?
Süleyman Vəzirov (1910-1973) - Azərbaycan SSR-in 1-ci neft sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı (1944) və Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədridir. O, "Kaqanoviçneft" trestinin – indiki Suraxanı Neftqazçıxarma idarəsinin baş mühəndisi vəzifəsində çalışıb, 1942-1946-cı illərdə isə "Azneftekombinat"ın (1945-ci ildən - "Azneft") rəhbəri təyin edilib. Məhz onun fəaliyyəti sayəsində Böyük Vətən Müharibəsi illərində Azərbaycan neftçiləri 75 milyon ton neft hasil edib, 22 milyon ton benzin və digər neft məhsulları istehsal ediblər.
© Photo : public domenSüleyman Vəzirov
Süleyman Vəzirov
© Photo : public domen
Vüqar Muradov (1967) - Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının və Fotoqraflar Birliyinin və UNESCO Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Onun əsərləri dəfələrlə beynəlxalq sərgilərdə nümayiş etdirilib.
© Photo : social page of Vugar MuradovVüqar Muradov
Vüqar Muradov
© Photo : social page of Vugar Muradov
Karl Mariya fon Veber (1786-1826) - alman bəstəkarı, dirijor və pianoçudur.
© Photo : public domenKarl Mariya fon Veber
Karl Mariya fon Veber
© Photo : public domen
Lui Dager (1787-1851) - Fransa rəssamı, kimyaçısı və ixtiraçısıdır. O, daqerrotipiya fotoqrafiya üsulunun yaradıcılarından biridir.
© Photo : public domenLui Dager
Lui Dager
© Photo : public domen
Konstantin Beskov (1 920-2006) - Rusiya futbolçusu və məşqçisidir. O, Moskvanın "Dinamo" klubunda çıxış edib.
© Sputnik / Виталий КарповKonstantin Beskov
Konstantin Beskov
© Sputnik / Виталий Карпов
Eldar Ryazanov (1927-2015) - Sovet və Rusiya kinorejissoru, ssenaristi, aktyoru, şairi və dramaturqudur. O, "Karnaval gecəsi", "Ünvansız qız", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İki nəfərlik vağzal", "İşdə məhəbbət macərası" və s. filmləri çəkib.
John Hamilton/U.S. Army via AP
© Sputnik / Galina Kmit
/ Marqaret Etvud (1939) - Kanada yazıçısı, şair və ədəbi tənqidçidir. O, bir çox mükafatların sahibidir.
© AP Photo / Alastair GrantMarqaret Etvud
Marqaret Etvud
© AP Photo / Alastair Grant
Oleq Yakovlyov (1969-2017) - rusiyalı müğənni və aktyordur. O, "İvanuşki İnternational" qrupunun keçmiş solisti olub.
Oleq Yakovlyov
© Sputnik / Grigory Sysoyev
/ 18 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1870-ci ildə Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtundan istifadə edilib.
1918-ci ildə Latviya öz müstəqilliyini elan edib.
1999-cu ildə ATƏT-in İstanbul sammiti keçirilib. Burada Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizlik Xartiyasına qoşulub.
1999-cu ildə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəqlinə dair Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli saziş imzalanıb.
2007-ci ildə Türkiyədə Türkiyə-Yunanıstan qaz kəməri istifadəyə verilib və bu kəmər vasitəsilə Azərbaycan qazının Avropa İttifaqına nəqlinə başlanılıb. Bu tərbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.