https://sputnik.az/20241118/naxcivanda-deputatlar-ne-qeder-maas-alacaqlar-468837642.html
Naxçıvanda deputatlar nə qədər maaş alacaqlar?
Naxçıvanda deputatlar nə qədər maaş alacaqlar?
Sputnik Azərbaycan
Yeni çağırış deputatlarının aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək. Naxçıvan Ali Məclisinin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı... 18.11.2024, Sputnik Azərbaycan
2024-11-18T13:25+0400
2024-11-18T13:25+0400
2024-11-18T13:25+0400
naxçıvan
azərbaycan xəbərləri
ali məclis
maaş
əməkhaqqı
artım
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_0:0:1200:676_1920x0_80_0_0_4db7b51ffdf87a491e63130e5b251f57.jpg
BAKI, 18 noyabr — Sputnik. Naxçıvan Ali Məclisinin deputatlarının nə qədər maaş alacağı məlum olub. "Nuhçıxan"ın məlumatına görə, yeni çağırış deputatlarının aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək. Belə ki, əvvəllər Ali Məclisin deputatları qərarla müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılar. Yeni qaydalara əsasən, Naxçıvan deputatlarının maaşının məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda qeyd olunacaq. Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1.5 misli həcmində vəzifə maaşına əlavə alırlar. Həmçinin Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət veriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_119:0:1114:746_1920x0_80_0_0_516337301542ed7f83707a94cd58ebd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
naxçıvan, ali məclis, maaş, əməkhaqqı, artım
naxçıvan, ali məclis, maaş, əməkhaqqı, artım
Naxçıvanda deputatlar nə qədər maaş alacaqlar?
Yeni çağırış deputatlarının aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək. Naxçıvan Ali Məclisinin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı alacaq.
BAKI, 18 noyabr — Sputnik. Naxçıvan Ali Məclisinin deputatlarının nə qədər maaş alacağı məlum olub.
"Nuhçıxan"ın məlumatına görə, yeni çağırış deputatlarının aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək. Belə ki, əvvəllər Ali Məclisin deputatları qərarla müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alırdılar.
Yeni qaydalara əsasən, Naxçıvan deputatlarının maaşının məbləği "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu" haqqında qanunda qeyd olunacaq.
Yeni qanuna əsasən, Naxçıvan Ali Məclisinin sədri 3330 manat məbləğində aylıq vəzifə maaşı alacaq.
Ali Məclis sədrinin birinci müavini sədrin aylıq vəzifə maaşının 95 faizini (3163 manat), sədrin müavini 90 faizini (2997), komitə sədri 65 faizini (2164 manat), komitə sədrinin müavini 60 faizi (1998 manat), sıravi deputat isə 50 faizi (1665 manat) miqdarında aylıq vəzifə maaşı alacaq.
Ali Məclisin sədri, onun birinci müavini və müavini hər ay vəzifə maaşlarının 2 misli, Ali Məclisin komitə sədrləri, onların müavinləri və Ali Məclisin deputatları hər ay vəzifə maaşlarının 1.5 misli həcmində vəzifə maaşına əlavə alırlar.
Həmçinin Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.