https://sputnik.az/20241118/dovlet-budcesinde-mudafie-ve-tehlukesizlik-xerclerinin-artirilmasi-neden-qaynaqlanir-468854963.html
Dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması nədən qaynaqlanır?
Dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması nədən qaynaqlanır?
Sputnik Azərbaycan
Ramil Məmmədli deyir ki, Ermənistanın silahlanma ilə bağlı siyasətinə qarışa bilmərik. 18.11.2024, Sputnik Azərbaycan
2024-11-18T17:35+0400
2024-11-18T17:35+0400
2024-11-18T17:35+0400
büdcə
siyasət
hərbi
xərc
azərbaycan
çağırış
təhdid
ermənistan
pua
ekspert
https://cdnn1.img.sputnik.az/img/41703/74/417037451_0:205:2000:1330_1920x0_80_0_0_931bc48ef556d98a07b0cff66b13dcfc.jpg
BAKI, 18 noyabr — Sputnik. 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır. Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirir ki, Azərbaycan müdafiə xərclərini azaltmağı çox istərdi:"Ancaq qonşu Ermənistan sürətlə silahlandırılır. Fransa, Hindistan və digər ölkələr bu prosesdə fəal iştirak edirlər. Belə bir şəraitdə Azərbaycan öz müdafiə xərclərini azalda bilməz". Hərbi məsələr üzrə ekspert Ramil Məmmədli bildirib ki, hərbi xərclərin artırılmasını sadəcə Ermənistanın silahlanması ilə əlaqələndirə bilmərik:"Dünyada qlobal bahalaşma dövrü başlayıb. Bütün sahələrdə olduğu kimi müdafiə sənayesi məhsulları və onların xammalları da bahalaşır. Bu da bütün ölkələrin müdafiə xərclərinin artmasına gətirib çıxarır. Müdafiə büdcəsini dünya bazarının tənzimlədiyini qəbul etsək, xərclərin artırılması anlaşılandır". Ekspert qeyd edir ki, Ermənistan faktorunun burada əsas göstərilməsi doğru olmaz:Ramil Məmmədli deyir ki, Ermənistanın silahlanma ilə bağlı siyasətinə qarışa bilmərik:"Ermənistan bu gün müxtəlif ölkələrlə hərbi texniki sahədə əməkdaşlıq həyata keçirir. Ermənistanın aldığı silahların arasında xüsusi əhəmiyyət kəsb edən strateji silahlar yoxdur. O baxımdan narahatlığa əsas görmürəm. Əsas narahatlıq yaradan məqam PUA-larla bağlıdır ki, bunlar həm müşahidə-kəşfiyyat təyinatlı , həm sursat daşıya bilən PUA-lardır. Onlarla bağlı Azərbaycan Silahlı Qüvvələrinin müvafiq sturukturları tərəfindən tədbirlər görülür".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41703/74/417037451_192:0:1965:1330_1920x0_80_0_0_ccdffc91457298057668c4aebe2af553.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
büdcə, hərbi, xərc, azərbaycan, çağırış, təhdid, ermənistan, pua, ekspert, millət vəkili, silahlı qüvvələr
büdcə, hərbi, xərc, azərbaycan, çağırış, təhdid, ermənistan, pua, ekspert, millət vəkili, silahlı qüvvələr
Dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması nədən qaynaqlanır?
Ramil Məmmədli deyir ki, Ermənistanın silahlanma ilə bağlı siyasətinə qarışa bilmərik.
BAKI, 18 noyabr — Sputnik. 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır. Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.
Bu xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirir ki, Azərbaycan müdafiə xərclərini azaltmağı çox istərdi:
"Ancaq qonşu Ermənistan sürətlə silahlandırılır. Fransa, Hindistan və digər ölkələr bu prosesdə fəal iştirak edirlər. Belə bir şəraitdə Azərbaycan öz müdafiə xərclərini azalda bilməz".
"Biz yeni silahlar almalıyıq, təlim məşqləri keçirilməlidir. Azərbaycan Silahlı Qvvələri istənilən situasiyaya hazır olmalıdır. Ona görə də müdafiə xərcləri artır. Bu xərclər optimal səviyyədə saxlanılır. Çox istərdik ki, qonşu Ermənistan silahlanmadan və revanşist əhvali-ruhiyyədən əl çəksin, regiona əbədi sülh gəlsin. Ayrılan vəsaitin hansı istiqamətə xərclənəcəyini isə Ali hərbi komandanlıq müəyyən edəcək", - millət vəkili bildirib.
Hərbi məsələr üzrə ekspert Ramil Məmmədli bildirib ki, hərbi xərclərin artırılmasını sadəcə Ermənistanın silahlanması ilə əlaqələndirə bilmərik:
"Dünyada qlobal bahalaşma dövrü başlayıb. Bütün sahələrdə olduğu kimi müdafiə sənayesi məhsulları və onların xammalları da bahalaşır. Bu da bütün ölkələrin müdafiə xərclərinin artmasına gətirib çıxarır. Müdafiə büdcəsini dünya bazarının tənzimlədiyini qəbul etsək, xərclərin artırılması anlaşılandır".
Ekspert qeyd edir ki, Ermənistan faktorunun burada əsas göstərilməsi doğru olmaz:
"Azərbaycan ordusunun silah-texnika parkı kifayət qədər genişdir və mütəmadi olaraq da təkmilləşdirilir. Nəzərə almaq lazımdır ki, bu xərclərə həm də müdafiə və təhlükəsizlik strukturlarının infrastruktur layihələrinin həyata keçirilməsi daxildir. Yəni, hesab etmirəm ki, burada hansısa kənar təhdidlər xüsusi yer tutur. Azərbaycan müdafiə qabiliyyətinin artırılması üçün davamlı olaraq işlər görür. Bu baxımdan Ermənistan amili ümumi prosesdəki amillərdən sadəcə biridir. Düşünürəm ki, Azərbaycanın növbəti illərdə müdafiə xərcləri daha da artacaq. Gələn ilin büdcəsindəki artımlar normal qarşılanmalıdır. Bu, yeni çağırışlarla bağlıdır".
Ramil Məmmədli deyir ki, Ermənistanın silahlanma ilə bağlı siyasətinə qarışa bilmərik:
"Ermənistan bu gün müxtəlif ölkələrlə hərbi texniki sahədə əməkdaşlıq həyata keçirir. Ermənistanın aldığı silahların arasında xüsusi əhəmiyyət kəsb edən strateji silahlar yoxdur. O baxımdan narahatlığa əsas görmürəm. Əsas narahatlıq yaradan məqam PUA-larla bağlıdır ki, bunlar həm müşahidə-kəşfiyyat təyinatlı , həm sursat daşıya bilən PUA-lardır. Onlarla bağlı Azərbaycan Silahlı Qüvvələrinin müvafiq sturukturları tərəfindən tədbirlər görülür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.