Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

Bu gündən altı marşrut xəttinin fəaliyyəti bərpa olunub

© Photo : Baku Transport AgencyBakıda avtobus, arxiv
Bakıda avtobus, arxiv - Sputnik Azərbaycan, 1920, 18.11.2024
Abunə olmaq
Bildirilib ki, noyabrın 18-dən 2, 6, 24, 46, 4 və 10 nömrəli xətt üzrə marşrutların hərəkət sxemləri bərpa ediləcək.
BAKI, 18 noyabr — Sputnik. Bu gündən etibarən altı xətt üzrə hərəkət edən müntəzəm şəhərdaxili marşrutların fəaliyyəti bərpa edilib.
Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.
Bildirilib ki, noyabrın 18-dən 2, 6, 24, 46, 4 və 10 nömrəli xətt üzrə marşrutların hərəkət sxemləri bərpa ediləcək.
Qeyd olunub ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0