Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ-də vahid markalama qaydaları uşaqlar üçün yeni məhsul növlərinə də şamil edilib

© Sputnik / Алексей МайшевAİİ loqosu, arxiv
Aİİ loqosu, arxiv - Sputnik Azərbaycan, 1920, 18.11.2024
Abunə olmaq
Markalama xüsusilə uşaq geyimlərinə, qalstuklara, çimərlik geyimlərinə, uşaq alt paltarlarına, həmçinin papaqlara şamil ediləcək.
BAKI, 18 noyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası Rusiya Federasiyasının identifikasiya vasitələri ilə markalanmalı olan yüngül sənaye mallarının siyahısını genişləndirmək təklifini nəzərdən keçirib.
Komissiya Avrasiya İqtisadi İttifaqının (Aİİ) mövcud normativ-hüquqi aktlarına dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Markalama xüsusilə uşaq geyimlərinə, qalstuklara, çimərlik geyimlərinə, uşaq alt paltarlarına, həmçinin papaqlara şamil ediləcək.

Qeyd olunan mallarla əlaqədar olaraq, Aİİ ölkələri 2025-ci il martın 1-dən etibarən etiketlənməmiş məhsulların dövriyyəsinə qadağa qoymaq hüququna malikdir.
Beləliklə, markalama kodlarının qarşılıqlı tanınması təmin ediləcək ki, bu da İttifaqda olan ölkələr ərazisində dövriyyədə olan malların yenidən etiketlənməsi zərurətini aradan qaldıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0