DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampı tənqid edən məmurlar üçün "qara günlər" yetişib

© AP Photo / Michael ConroyTramp
Tramp - Sputnik Azərbaycan, 1920, 17.11.2024
Abunə olmaq
ABŞ-dakı prezident seçkilərində bir çox məmurlar sona qədər Harrisin qalib gələcəyinə ümid edirdilər. Demək olar ki, bütün bukmeker kontorları onun yeni prezident olacağını proqnozlaşdırıblar.
BAKI, 17 noyabr — Sputnik. Donald Tramp prezident seçkilərində qələbə qazanmazdan əvvəl onu tənqid edən ABŞ rəsmiləri həbslərə və fövqəladə vəziyyətlərə hazırlaşırlar.
"The Guardian" bu barədə yazıb.
Kaliforniyalı konqresmen Cared Haffman, "Onlar üçün qara günlər başladı" deyib. Onun sözlərinə görə, o və həmkarları daimi zorakılıq təhlükəsi altında yaşayırlar.
Nəşr dəqiqləşdirib ki, Trampın opponentləri hadisələrin inkişafı üçün "kifayət qədər sürreal və distopik ssenarilərə" yol verirlər.
Xaqırladaq ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib. Noyabrın 6-da Respublikaçılar Partiyasının namizədi Tramp qələbəsini elan edərək özünü ABŞ-ın 47-ci prezidenti adlandırıb. Onun rəqibi demokrat Kamala Harris olub.
Bir çox məmurlar sona qədər Harrisin qalib gələcəyinə ümid edirdilər. Demək olar ki, bütün bukmeker kontorları onun yeni prezident olacağını proqnozlaşdırıblar. Yeganə "Polymarket" platforması 60,7% ehtimalla Trampın qələbəsinə mərc edib. Platforma Harrisin qələbəsinə 39,8% inanıb.
Lakin sonradan "Polymarket"in sahibində axtarışlar aparılıb. Jurnalistlər bunu siyasətlə əlaqələndirirlər.
Xəbər lenti
0