https://sputnik.az/20241117/tesla-ucuz-avtomobil-istehsal-etmekden-imtina-edib-468802239.html
"Tesla" ucuz avtomobil istehsal etməkdən imtina edib
"Tesla" ucuz avtomobil istehsal etməkdən imtina edib
Sputnik Azərbaycan
Maskın sözlərinə görə, şirkət pilotsuz robotaksinin yaradılması üçün səylər göstərir. 17.11.2024, Sputnik Azərbaycan
2024-11-17T17:18+0400
2024-11-17T17:18+0400
2024-11-17T17:18+0400
tesla
iqtisadiyyat
ilon mask
ucuz
avtomobil
istehsal
elektrik
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467934120_0:177:3011:1871_1920x0_80_0_0_32912c099a7fc4989337393f4932a521.jpg
BAKI, 17 noyabr — Sputnik. "Tesla"nın baş direktoru İlon Mask bildirib ki, onun şirkəti ucuz avtomobil yaratmayacaq. "Reuters" bu barədə xəbər verib. Bu, növbəti hesabatın materiallarından məlum olub – "Tesla" oktyabrın sonunda maliyyə göstəriciləri haqqında məlumat verib. İnvestorlardan birinin şirkətin nə vaxt 25 min dollardan ucuz avtomobil buraxacağı ilə bağlı sualına Mask cavab verib ki, "Tesla" bu planlardan birdəfəlik imtina edib. "Düşünürəm ki, istehsal xəttində 25 minlik adi avtomobilin olması mənasızdır. Bu, axmaqlıq olardı", - sahibkar bəyan edib. Maskın sözlərinə görə, şirkət pilotsuz robotaksinin yaradılması üçün səylər göstərir. O, etiraf edib ki, gələcəkdə "Tesla", nə vaxtsa ucuz elektrik avtomobili təqdim edəcək, ancaq bu, onun tam avtopilot dəstəyi olması şərti ilə həyata keçiriləcək. "Reuters" jurnalistləri hələ aprel ayında qeyd ediblər ki, "Tesla" 25.000 dollardan ucuz elektrik avtomobili təqdim etmək kimi vəd etdiyi planlarından imtina edib. Həmin vaxt İlon Mask xəbəri "Reuters yenidən yalan danışır" sözləri ilə şərh etmişdi. Oktyabrın sonunda "Tesla" ucuz elektrik avtomobili yaratmağa və istehsal etməyə söz verib. Lakin şirkət bunun neçəyə başa gələcəyini dəqiqləşdirməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/08/467934120_141:0:2870:2047_1920x0_80_0_0_f9a4e7a15f7609a128115c6ed00b5e47.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
tesla, ilon mask, ucuz, avtomobil, istehsal, elektrik
tesla, ilon mask, ucuz, avtomobil, istehsal, elektrik
"Tesla" ucuz avtomobil istehsal etməkdən imtina edib
Maskın sözlərinə görə, şirkət pilotsuz robotaksinin yaradılması üçün səylər göstərir.
BAKI, 17 noyabr — Sputnik. "Tesla"nın baş direktoru İlon Mask bildirib ki, onun şirkəti ucuz avtomobil yaratmayacaq.
"Reuters" bu barədə xəbər verib.
Bu, növbəti hesabatın materiallarından məlum olub – "Tesla" oktyabrın sonunda maliyyə göstəriciləri haqqında məlumat verib. İnvestorlardan birinin şirkətin nə vaxt 25 min dollardan ucuz avtomobil buraxacağı ilə bağlı sualına Mask cavab verib ki, "Tesla" bu planlardan birdəfəlik imtina edib. "Düşünürəm ki, istehsal xəttində 25 minlik adi avtomobilin olması mənasızdır. Bu, axmaqlıq olardı", - sahibkar bəyan edib.
Maskın sözlərinə görə, şirkət pilotsuz robotaksinin yaradılması üçün səylər göstərir. O, etiraf edib ki, gələcəkdə "Tesla", nə vaxtsa ucuz elektrik avtomobili təqdim edəcək, ancaq bu, onun tam avtopilot dəstəyi olması şərti ilə həyata keçiriləcək.
"Reuters" jurnalistləri hələ aprel ayında qeyd ediblər ki, "Tesla" 25.000 dollardan ucuz elektrik avtomobili təqdim etmək kimi vəd etdiyi planlarından imtina edib. Həmin vaxt İlon Mask xəbəri "Reuters yenidən yalan danışır" sözləri ilə şərh etmişdi.
Oktyabrın sonunda "Tesla" ucuz elektrik avtomobili yaratmağa və istehsal etməyə söz verib. Lakin şirkət bunun neçəyə başa gələcəyini dəqiqləşdirməyib.