ELM

Taro falçılığı yalançı elmdir - Rusiya Elmlər Akademiyası

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiya Elmlər Akademiyasının binası, arxiv
Rusiya Elmlər Akademiyasının binası, arxiv - Sputnik Azərbaycan, 1920, 17.11.2024
Abunə olmaq
Akademiyadan qeyd ediblər ki, bu işlə məşğul olanlar insanların zəifliyindən istifadə edən fırıldaqçılardırlar.
BAKI, 17 noyabr — Sputnik. Gələcəyi proqnozlaşdırmaq üçün Taro falçılığı tipik bir yalançı elmdir, Taro kartları ilə fala baxanlar isə sağlamlığı və həyatı üçün kədərli nəticələrə səbəb ola biləcək insanların zəifliyindən sui-istifadə edən fırıldaqçılardırlar.
Bu barəfə Rusiya Elmlər Akademiyasından "RİA Novosti"yə bildiriblər.
"Bu sahə tipik yalançı elmə aiddir. Taro kartları və ya ulduzlarla gələcəyi proqnozlaşdırma ilə bağlı heç bir sübut yoxdur. Bu işlə məşğul olanlar çətin vəziyyətə düşən insanların (sağlamlıq problemləri, ailə münasibətləri və s.) zəifliyindən istifadə edib onlardan pul müqabilində qazanc əldə edən və onları aldadan xalis fırıldaqçılardırlar", - Rusiya Elmlər Akademiyasından qeyd ediblər.
"Bu cür təsirlərin reallığına dair heç bir elmi dəlil və ya ən azından dolayı sübut yoxdur. Bunun təsiri başqa bir insanı psixoloji şəkildə özünə tabe etmək və bu xidmətlərdən onu asılı vəziyyətə salmaqdır. Həmçinin elə hallar da olur ki, ağır ölümcül xəstəliyidən əziyyət çəkənlər müasir tibbə müraciət etmək əvəzinə, cadugərlara və falçılara müraciət edirlər. Bu cinayətdən başqa bir şey adlandırıla bilməz", - Elmlər Akademiyasından əlavə edilib.
Bu yaxınlarda Rusiya Elmlər Akademiyası Anatoli Kaşpirovskinin istifadə etdiyi metodları "mütləq yalançı elm" adlandırıb.
Xəbər lenti
0