https://sputnik.az/20241117/bir-dahinin-beyni-adi-beyinden-ne-ile-ferqlenir-468740199.html
Bir dahinin beyni adi beyindən nə ilə fərqlənir?
Bir dahinin beyni adi beyindən nə ilə fərqlənir?
Sputnik Azərbaycan
Bir beyni digərindən fərqləndirən neyronların və ya qıvrımların sayı deyil, onun konkret problemi həll etmək üçün çoxlu sayda əlaqəni nə qədər tez səfərbər edə... 17.11.2024, Sputnik Azərbaycan
2024-11-17T23:59+0400
2024-11-17T23:59+0400
2024-11-17T23:59+0400
beyin
elm
dahi
alim
cəfər cabbarlı
cəfər cabbarlı
insan
araşdırma
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888142_0:104:2000:1229_1920x0_80_0_0_072fe3feb7a13783f06f7355ec900bba.jpg
BAKI, 17 noyabr — Sputnik. Uzun illər aparılan araşdırmalar nəticəsində yüksək istedadlı və adi insanların beynində konvolusiyaların, sinir strukturlarının və ya əlaqələrin öyrənilməsi səviyyəsində əhəmiyyətli fərqlər aşkar oluna bilməyib. Bunu "aif.ru"ya müsahibəsində Rusiyadakı Beyin İnstitutunun direktoru, Nevrologiya Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, "FRONTMED" Fondunun ekspert şurasının üzvü, akademik Sergey İllarioşkin deyib. Bununla belə, alimlər bəzi maraqlı faktlar aşkar ediblər. Onun fikrincə, bir beyni digərindən fərqləndirən neyronların və ya qıvrımların sayı deyil, onun konkret problemi həll etmək üçün çoxlu sayda əlaqəni nə qədər tez səfərbər edə bilməsidir. "Bu dinamizm və plastiklik beynin əsas sirridir" - Sergey İllarioşkin əlavə edib. Onun rəhbərlik etdiyi Beyin İnstitutunda Lenin, Krupskaya, Stalin, Mendeleyev, Tsiolkovski, Miçurin, Pavlov, Mayakovski, Qorki, Landau və bir çox başqalarının beyin nümunələri saxlanılır. Xatırladaq ki, Cəfər Cabbarlının beyni adi insan beynindən çəkisinə görə fərqlənib. Belə ki, tibbi elminə bəlli olan məlumatlara görə adi insanın beyin kütləsi, təxminən 1.4 kq olduğu halda dramaturqun beyninin 2775 qram çəkisi olub. Bundan başqa onun beyin qırışları da daha dərin olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888142_112:0:1889:1333_1920x0_80_0_0_2feea21c5ab7b70d02081f21e693ac5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
beyin, dahi, alim, cəfər cabbarlı, cəfər cabbarlı, insan, araşdırma
beyin, dahi, alim, cəfər cabbarlı, cəfər cabbarlı, insan, araşdırma
Bir dahinin beyni adi beyindən nə ilə fərqlənir?
Bir beyni digərindən fərqləndirən neyronların və ya qıvrımların sayı deyil, onun konkret problemi həll etmək üçün çoxlu sayda əlaqəni nə qədər tez səfərbər edə bilməsidir.
BAKI, 17 noyabr — Sputnik. Uzun illər aparılan araşdırmalar nəticəsində yüksək istedadlı və adi insanların beynində konvolusiyaların, sinir strukturlarının və ya əlaqələrin öyrənilməsi səviyyəsində əhəmiyyətli fərqlər aşkar oluna bilməyib.
Bunu "aif.ru"ya müsahibəsində Rusiyadakı Beyin İnstitutunun direktoru, Nevrologiya Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, "FRONTMED" Fondunun ekspert şurasının üzvü, akademik Sergey İllarioşkin deyib.
Bununla belə, alimlər bəzi maraqlı faktlar aşkar ediblər.
"Qısası, yüksək istedadlı insanlarda beyin yarımkürələrində hüceyrə kortikal sütunlarının müəyyən struktur xüsusiyyətlər, beyində daha aydın assosiativ əlaqələrivə neyron başına daha çox sayda qlial hüceyrələr aşkar edilib. Ahıllıq yaşına qədər yaşamış və son günlərinə qədər yüksək intellektual fəaliyyət göstərən bu insanların bəzilərinin beyinlərində (məsələn, Pavlov və ya Tsiolkovski) beyin qocalması əlamətləri onların adi həmyaşıdlarının "beyinlərinə" nisbətən daha az dərəcədə ifadə edilib", - alim izah edib.
Onun fikrincə, bir beyni digərindən fərqləndirən neyronların və ya qıvrımların sayı deyil, onun konkret problemi həll etmək üçün çoxlu sayda əlaqəni nə qədər tez səfərbər edə bilməsidir.
"Bu dinamizm və plastiklik beynin əsas sirridir" - Sergey İllarioşkin əlavə edib.
Onun rəhbərlik etdiyi Beyin İnstitutunda Lenin, Krupskaya, Stalin, Mendeleyev, Tsiolkovski, Miçurin, Pavlov, Mayakovski, Qorki, Landau və bir çox başqalarının beyin nümunələri saxlanılır.
Xatırladaq ki, Cəfər Cabbarlının beyni adi insan beynindən çəkisinə görə fərqlənib. Belə ki, tibbi elminə bəlli olan məlumatlara görə adi insanın beyin kütləsi, təxminən 1.4 kq olduğu halda dramaturqun beyninin 2775 qram çəkisi olub. Bundan başqa onun beyin qırışları da daha dərin olub.