https://sputnik.az/20241117/alimler-ayda-qiyamet-anbari-yaratmagi-planlasdirirlar-468532772.html
Alimlər Ayda "Qiyamət anbarı" yaratmağı planlaşdırırlar
Alimlər Ayda "Qiyamət anbarı" yaratmağı planlaşdırırlar
Sputnik Azərbaycan
Dünya alimləri nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin qorunması problemindən narahatdırlar. 17.11.2024, Sputnik Azərbaycan
2024-11-17T21:58+0400
2024-11-17T21:58+0400
2024-11-17T21:58+0400
ay
elm
anbar
bitki
hüceyrə
toxum
https://cdnn1.img.sputnik.az/img/07e8/04/09/463833056_0:160:3072:1888_1920x0_80_0_0_41c1290fbcf03998b80e9a6d160eed98.jpg
BAKI, 17 noyabr — Sputnik. İqlim dəyişikliyi bitki nümunələrinin və canlı orqanizmlərin hüceyrələrinin saxlanıldığı anbarların mövcudluğuna təhlükə yaradır. Bu çağırışlara cavab olaraq bəzi alimlər mövcud obyektlərə alternativ təklif edirlər. Hazırda dünyanın hər yerindən toxumlar Norveçdəki Şpitsbergen şəhərində 2008-ci ildən fəaliyyət göstərən və məcazi mənada "Qiyamət anbarı" adlandırılan Dünya Anbarında saxlanılır. Bu obyekt qayalıqda 120 metr dərinlikdə yerləşir və 4,5 milyon çeşiddə kənd təsərrüfatı bitkiləri saxlamaq qabiliyyətinə malik bir anbardır. 2017-ci ildə kəskin iqlim dəyişikliyi nəticəsində buz qatının əriməsinin sürətlənməsi kiçik daşqınlara səbəb olub, lakin toxumlar zədələnməyib. Bu hadisə tədqiqatçılara ehtiyat planı yaratmaq zərurətindən xəbər verib. Temperaturun -196 °C-ə enə biləcəyi yeni saxlama anbarı üçün Ayın cənub qütbündəki kölgəli ərazilərdən istifadə edilməsi təklif olunur ki, bu da canlı orqanizmlərin hüceyrələrinin, toxumlarının və DNT-nin uzunmüddətli, təhlükəsiz saxlanması üçün optimal şərait yaradacaq. Bildirilir ki, Ay anbarı heç bir enerji və ya müntəzəm insan iştirakı tələb etməyəcək. Anbarda aşağı temperaturda hətta sağalma proseslərində və orqan strukturunun saxlanmasında əsas rol oynayan fibroblastları, birləşdirici toxuma hüceyrələrinin saxlanması mümkün olacaq. Bu hüceyrələr nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növlərin bərpasına, həmçinin Ay və ya Marsda gələcək insan koloniyalarında ekosistemlərin yenidən yaradılmasına kömək edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/09/463833056_171:0:2902:2048_1920x0_80_0_0_5e9bd8125598d95271a03a963da927cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ay, anbar, bitki, hüceyrə, toxum
ay, anbar, bitki, hüceyrə, toxum
Alimlər Ayda "Qiyamət anbarı" yaratmağı planlaşdırırlar
Dünya alimləri nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin qorunması problemindən narahatdırlar.
BAKI, 17 noyabr — Sputnik. İqlim dəyişikliyi bitki nümunələrinin və canlı orqanizmlərin hüceyrələrinin saxlanıldığı anbarların mövcudluğuna təhlükə yaradır. Bu çağırışlara cavab olaraq bəzi alimlər mövcud obyektlərə alternativ təklif edirlər. Hazırda dünyanın hər yerindən toxumlar Norveçdəki Şpitsbergen şəhərində 2008-ci ildən fəaliyyət göstərən və məcazi mənada "Qiyamət anbarı" adlandırılan Dünya Anbarında saxlanılır. Bu obyekt qayalıqda 120 metr dərinlikdə yerləşir və 4,5 milyon çeşiddə kənd təsərrüfatı bitkiləri saxlamaq qabiliyyətinə malik bir anbardır.
2017-ci ildə kəskin iqlim dəyişikliyi nəticəsində buz qatının əriməsinin sürətlənməsi kiçik daşqınlara səbəb olub, lakin toxumlar zədələnməyib. Bu hadisə tədqiqatçılara ehtiyat planı yaratmaq zərurətindən xəbər verib. Temperaturun -196 °C-ə enə biləcəyi yeni saxlama anbarı üçün Ayın cənub qütbündəki kölgəli ərazilərdən istifadə edilməsi təklif olunur ki, bu da canlı orqanizmlərin hüceyrələrinin, toxumlarının və DNT-nin uzunmüddətli, təhlükəsiz saxlanması üçün optimal şərait yaradacaq.
Bildirilir ki, Ay anbarı heç bir enerji və ya müntəzəm insan iştirakı tələb etməyəcək. Anbarda aşağı temperaturda hətta sağalma proseslərində və orqan strukturunun saxlanmasında əsas rol oynayan fibroblastları, birləşdirici toxuma hüceyrələrinin saxlanması mümkün olacaq. Bu hüceyrələr nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növlərin bərpasına, həmçinin Ay və ya Marsda gələcək insan koloniyalarında ekosistemlərin yenidən yaradılmasına kömək edə bilər.