https://sputnik.az/20241116/zelenski-ukrayna-ved-edilen-yardimla-bagli-naraziligini-bildirib-468811574.html
Zelenski Ukrayna vəd edilən yardımla bağlı narazılığını bildirib
Zelenski Ukrayna vəd edilən yardımla bağlı narazılığını bildirib
Sputnik Azərbaycan
Ukrayna lideri 2025-ci ildə Rusiya ilə münaqişəyə son qoymaq istədiyini bəyan edib. 16.11.2024, Sputnik Azərbaycan
2024-11-16T23:19+0400
2024-11-16T23:19+0400
2024-11-16T23:19+0400
vladimir zelenski
dünya xəbərləri
ukrayna
yardım
qərb
qərb
qərb
kiyev
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467511439_0:0:3072:1728_1920x0_80_0_0_40dff4585f1dc86c1ef21152f9780342.jpg
BAKI, 16 noyabr — Sputnik. Ukrayna ABŞ-dan Konqres tərəfindən təsdiqlənən yardımın yalnız bir hissəsini alıb. Bu barədə "TASS" Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə istinadən xəbər verib. Ukrayna lideri xatırladıb ki, ABŞ Kiyevə 175-177 milyard dollar məbləğində yardımın ayrılmasını təsdiqləyib, lakin bu məbləğin yalnız yarısı Ukraynaya çatıb. "Bizə ayrılan yardımın yarısını almamışıq", Ukrayna prezidenti bildirib. Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) şərq cəbhəsində çətin vəziyyətə düşüblər. Onun sözlərinə görə, döyüş zonasında belə bir vəziyyət bir sıra səbəblərdən yaranıb. Xüsusilə, USQ-nin briqadalarının təlim keçmiş əsgərlərlə kifayət qədər ləng doldurulması və Qərb silahlarının tədarükü öz təsirini göstərib. Ukrayna lideri 2025-ci ildə Rusiya ilə münaqişəyə son qoymaq istədiyini də bəyan edib. O vurğulayıb ki, Ukrayna "müharibənin gələn il bitməsi üçün hər şeyi etməlidir". Bu yaxınlarda Trampın Ukrayna ilə bağlı sülh planı Rusiya Federasiyasının qələbəsi adlandırılıb. Ukraynada nə baş verir? Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
kiyev
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467511439_155:0:2886:2048_1920x0_80_0_0_ba1107abc1d994a843f19240b5cb23b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, ukrayna, yardım, qərb, qərb, qərb, kiyev, kiyev
vladimir zelenski, ukrayna, yardım, qərb, qərb, qərb, kiyev, kiyev
Zelenski Ukrayna vəd edilən yardımla bağlı narazılığını bildirib
Ukrayna lideri 2025-ci ildə Rusiya ilə münaqişəyə son qoymaq istədiyini bəyan edib.
BAKI, 16 noyabr — Sputnik. Ukrayna ABŞ-dan Konqres tərəfindən təsdiqlənən yardımın yalnız bir hissəsini alıb.
Bu barədə "TASS" Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə istinadən xəbər verib.
Ukrayna lideri xatırladıb ki, ABŞ Kiyevə 175-177 milyard dollar məbləğində yardımın ayrılmasını təsdiqləyib, lakin bu məbləğin yalnız yarısı Ukraynaya çatıb.
"Bizə ayrılan yardımın yarısını almamışıq", Ukrayna prezidenti bildirib.
Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) şərq cəbhəsində çətin vəziyyətə düşüblər. Onun sözlərinə görə, döyüş zonasında belə bir vəziyyət bir sıra səbəblərdən yaranıb. Xüsusilə, USQ-nin briqadalarının təlim keçmiş əsgərlərlə kifayət qədər ləng doldurulması və Qərb silahlarının tədarükü öz təsirini göstərib.
Ukrayna lideri 2025-ci ildə Rusiya ilə münaqişəyə son qoymaq istədiyini də bəyan edib. O vurğulayıb ki, Ukrayna "müharibənin gələn il bitməsi üçün hər şeyi etməlidir".
Bu yaxınlarda Trampın Ukrayna ilə bağlı sülh planı Rusiya Federasiyasının qələbəsi adlandırılıb.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.