https://sputnik.az/20241116/tramp-kurekenine-vezife-verecek---kv-468794184.html
Tramp kürəkəninə vəzifə verəcək - KİV
Tramp kürəkəninə vəzifə verəcək - KİV
Sputnik Azərbaycan
Kuşner çox güman ki, administrasiyanın rəsmi strukturunun bir hissəsi olmayacaq, lakin mənbələr onun kənar məsləhətçi kimi xidmət edəcəyini deyirlər. 16.11.2024, Sputnik Azərbaycan
2024-11-16T21:06+0400
2024-11-16T21:06+0400
2024-11-16T21:06+0400
tramp
dünya xəbərləri
donald tramp
abş prezidenti donald tramp
donald tramp
tramp administrasiyası
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/10/468794009_0:234:3072:1962_1920x0_80_0_0_9a0999560e080dddd24e204db6cf60da.jpg
BAKI, 16 noyabr — Sputnik. ABŞ prezident seçkilərində qalib gələn Donald Trampın kürəkəni Cared Kuşner yeni administrasiyanın Yaxın Şərqdəki fəaliyyətində əsas rol oynayacaq. Bu barədə CNN mənbələrə istinadən xəbər verir. "Cared Kuşner Trampın diplomatları və müttəfiqlərinin fikrincə, administrasiyanın Yaxın Şərq strategiyasında mühüm fiqura çevriləcək", - məlumatda deyilir. Kuşner çox güman ki, administrasiyanın rəsmi strukturunun bir hissəsi olmayacaq, lakin mənbələr onun kənar məsləhətçi kimi xidmət edəcəyini deyirlər. Telekanalın məlumatına görə, Kuşnerin region liderləri ilə Trampın ilk dövründə qurduğu və Ağ Evi tərk etdikdən sonra da davam etdirdiyi unikal əlaqələri var. Yeni komandada heç kim Cared qədər etibara sahib deyil", - Ağ Evdə Trampın kürəkəni ilə işləyən diplomatlardan biri deyib. Financial Times daha əvvəl yazmışdı ki, Kuşner yeni administrasiyada Ağ Evə qayıtmayacaq, lakin prezidentə Yaxın Şərq siyasəti ilə bağlı məsləhətlər verə bilər. Cared Kuşner 2017-2021-ci illərdə ABŞ prezidentinin baş müşaviri vəzifəsində çalışıb, xüsusən də ABŞ-ın İsraillə münasibətlərinə nəzarət edib, Fələstin-İsrail münaqişəsinin həlli üçün "Əsrin müqaviləsi"ni hazırlayıb və eyni zamanda bu işin təşkilatçısı olub. 2016-cı il seçkilərindən sonra artıq ABŞ prezidenti vəzifəsini icra edən Donald Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk ABŞ siyasətçisi olub. Trampın qələbəsini səsləri sayan bütün aparıcı media orqanları elan edib: Associated Press, Fox News, CNN, NBC, ABC və CBS. Demokratlar Partiyasının namizədi Kamala Harris tərəfdarları qarşısında çıxış edərək məğlubiyyəti qəbul etdiyini bildirib. Seçicilər Kollegiyası dekabrın 17-də seçicilərin iradəsinə uyğun olaraq namizədlərə səs verməlidir və yanvarın 6-da yeni Konqres səsvermənin nəticələrini təsdiq edəcək. ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/10/468794009_0:0:2732:2048_1920x0_80_0_0_ba38ca9fa8d593a07a286b7a4ba6fc2f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
tramp, donald tramp, abş prezidenti donald tramp, donald tramp, tramp administrasiyası
tramp, donald tramp, abş prezidenti donald tramp, donald tramp, tramp administrasiyası
Tramp kürəkəninə vəzifə verəcək - KİV
Kuşner çox güman ki, administrasiyanın rəsmi strukturunun bir hissəsi olmayacaq, lakin mənbələr onun kənar məsləhətçi kimi xidmət edəcəyini deyirlər.
BAKI, 16 noyabr — Sputnik. ABŞ prezident seçkilərində qalib gələn Donald Trampın kürəkəni Cared Kuşner yeni administrasiyanın Yaxın Şərqdəki fəaliyyətində əsas rol oynayacaq. Bu barədə CNN mənbələrə istinadən xəbər verir.
"Cared Kuşner Trampın diplomatları və müttəfiqlərinin fikrincə, administrasiyanın Yaxın Şərq strategiyasında mühüm fiqura çevriləcək", - məlumatda deyilir.
Kuşner çox güman ki, administrasiyanın rəsmi strukturunun bir hissəsi olmayacaq, lakin mənbələr onun kənar məsləhətçi kimi xidmət edəcəyini deyirlər.
Telekanalın məlumatına görə, Kuşnerin region liderləri ilə Trampın ilk dövründə qurduğu və Ağ Evi tərk etdikdən sonra da davam etdirdiyi unikal əlaqələri var.
Yeni komandada heç kim Cared qədər etibara sahib deyil", - Ağ Evdə Trampın kürəkəni ilə işləyən diplomatlardan biri deyib.
Financial Times daha əvvəl yazmışdı ki, Kuşner yeni administrasiyada Ağ Evə qayıtmayacaq, lakin prezidentə Yaxın Şərq siyasəti ilə bağlı məsləhətlər verə bilər.
Cared Kuşner 2017-2021-ci illərdə ABŞ prezidentinin baş müşaviri vəzifəsində çalışıb, xüsusən də ABŞ-ın İsraillə münasibətlərinə nəzarət edib, Fələstin-İsrail münaqişəsinin həlli üçün "Əsrin müqaviləsi"ni hazırlayıb və eyni zamanda bu işin təşkilatçısı olub.
2016-cı il seçkilərindən sonra artıq ABŞ prezidenti vəzifəsini icra edən Donald Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk ABŞ siyasətçisi olub. Trampın qələbəsini səsləri sayan bütün aparıcı media orqanları elan edib: Associated Press, Fox News, CNN, NBC, ABC və CBS.
Demokratlar Partiyasının namizədi Kamala Harris tərəfdarları qarşısında çıxış edərək məğlubiyyəti qəbul etdiyini bildirib. Seçicilər Kollegiyası dekabrın 17-də seçicilərin iradəsinə uyğun olaraq namizədlərə səs verməlidir və yanvarın 6-da yeni Konqres səsvermənin nəticələrini təsdiq edəcək. ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.