https://sputnik.az/20241116/tokayev-azerbaycana-planlasdirilmis-taxil-tedarukunun-baslandigini-bildirib-468790667.html
Tokayev Azərbaycana planlaşdırılmış taxıl tədarükünün başlandığını bildirib
Tokayev Azərbaycana planlaşdırılmış taxıl tədarükünün başlandığını bildirib
Sputnik Azərbaycan
Qazaxıstan Prezidentinin sözlərinə görə, dəniz daşımalarını artırmaq üçün Kurık limanında yeni taxıl terminalı istifadəyə verilib. 16.11.2024, Sputnik Azərbaycan
2024-11-16T11:37+0400
2024-11-16T11:37+0400
2024-11-16T11:37+0400
kasım-jomart tokayev
azərbaycan xəbərləri
qazaxıstan
taxıl
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465803007_0:0:1939:1091_1920x0_80_0_0_85b82ff1f53b5aa1567a52f477549bac.jpg
BAKI, 16 noyabr — Sputnik. Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Əfqanıstana planlı taxıl tədarükünə başlanılıb. Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidməti xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kənd təsərrüfatı işçilərinin I Forumunda bildirib. "Hazırda 250 min ton arpanın daşındığı İran bazarına çıxış bərpa olunub. Çinə, Avropa İttifaqı ölkələrinə və Şimali Afrikaya da taxıl tədarükü həyata keçiriləcək", - deyə o bildirib. Qazaxıstan Prezidentinin sözlərinə görə, dəniz daşımalarını artırmaq üçün Kurık limanında yeni taxıl terminalı istifadəyə verilib. O əlavə edib: "Yeni ərzaq bazarlarının artan tələbatını nəzərə alaraq, "Şimal-Cənub" və Trans-Xəzər marşrutu kimi beynəlxalq dəhlizlərin rolu artacaq". Kasım-Jomart Tokayev qeyd edib ki, son illər onun beynəlxalq danışıqlarının gündəliyində duran əsas məsələlərdən biri Qazaxıstanın Avrasiyanın tamhüquqlu nəqliyyat-logistika mərkəzi kimi formalaşması ilə bağlı strateji vəzifənin həllidir. "Dəhlizlərə rahat çıxış, eləcə də daxili logistikanın yaxşılaşdırılması bu məsələdə böyük əhəmiyyət kəsb edir. Buna görə də növbəti 6 il ərzində (2030-cu ilə qədər) biz dəmir yolu şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsini planlaşdırmışıq, 11 min kilometrdən çox dəmir yolunun təmiri, 5 min kilometrdən artıq dəmir yolunun çəkilməsi nəzərdə tutulur", - deyə o bildirib. Qeyd edək ki, bu gün Qazaxıstan Yaxın Şərq və Afrika ölkələrinin bazarlarına çıxmağa hazırlaşır. Bu regionlara birbaşa tədarük marşrutunun yaradılması üçün Qazaxıstanın Azərbaycanla əməkdaşlıq etməsi vacibdir. Ölkənin hazır infrastrukturunu, habelə "Şimal-Cənub" və Orta dəhliz kimi nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsini nəzərə alaraq, respublika Qazaxıstan taxılının təkrar ixracı üçün mühüm mərkəzə çevrilə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465803007_99:0:1939:1380_1920x0_80_0_0_57266f8ecd3ef24068f87605e4719bc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kasım-jomart tokayev, qazaxıstan, taxıl
kasım-jomart tokayev, qazaxıstan, taxıl
Tokayev Azərbaycana planlaşdırılmış taxıl tədarükünün başlandığını bildirib
Qazaxıstan Prezidentinin sözlərinə görə, dəniz daşımalarını artırmaq üçün Kurık limanında yeni taxıl terminalı istifadəyə verilib.
BAKI, 16 noyabr — Sputnik. Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan və Əfqanıstana planlı taxıl tədarükünə başlanılıb.
Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidməti xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kənd təsərrüfatı işçilərinin I Forumunda bildirib.
"Hazırda 250 min ton arpanın daşındığı İran bazarına çıxış bərpa olunub. Çinə, Avropa İttifaqı ölkələrinə və Şimali Afrikaya da taxıl tədarükü həyata keçiriləcək", - deyə o bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, dəniz daşımalarını artırmaq üçün Kurık limanında yeni taxıl terminalı istifadəyə verilib. O əlavə edib: "Yeni ərzaq bazarlarının artan tələbatını nəzərə alaraq, "Şimal-Cənub" və Trans-Xəzər marşrutu kimi beynəlxalq dəhlizlərin rolu artacaq".
Kasım-Jomart Tokayev qeyd edib ki, son illər onun beynəlxalq danışıqlarının gündəliyində duran əsas məsələlərdən biri Qazaxıstanın Avrasiyanın tamhüquqlu nəqliyyat-logistika mərkəzi kimi formalaşması ilə bağlı strateji vəzifənin həllidir.
"Dəhlizlərə rahat çıxış, eləcə də daxili logistikanın yaxşılaşdırılması bu məsələdə böyük əhəmiyyət kəsb edir. Buna görə də növbəti 6 il ərzində (2030-cu ilə qədər) biz dəmir yolu şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsini planlaşdırmışıq, 11 min kilometrdən çox dəmir yolunun təmiri, 5 min kilometrdən artıq dəmir yolunun çəkilməsi nəzərdə tutulur", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Qazaxıstan Yaxın Şərq və Afrika ölkələrinin bazarlarına çıxmağa hazırlaşır. Bu regionlara birbaşa tədarük marşrutunun yaradılması üçün Qazaxıstanın Azərbaycanla əməkdaşlıq etməsi vacibdir. Ölkənin hazır infrastrukturunu, habelə "Şimal-Cənub" və Orta dəhliz kimi nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsini nəzərə alaraq, respublika Qazaxıstan taxılının təkrar ixracı üçün mühüm mərkəzə çevrilə bilər.