CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 16 noyabr – FOTO

© Sputnik16 noyabr
16 noyabr - Sputnik Azərbaycan, 1920, 16.11.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 16 noyabr — Sputnik. Noyabrın 16-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 16-da kimlər anadan olub?
Aleksandr Menşikov (1673-1729) - Rusiyanın dövlət xadimi və hərbi rəhbəridir. O, Sankt-Peterburqun birinci general-qubernatoru və Hərbi Kollegiyanın sədridir.
© SputnikAleksandr Menşikovun portreti
Aleksandr Menşikovun portreti - Sputnik Azərbaycan, 1920, 15.11.2024
Aleksandr Menşikovun portreti
Nikolay Erdman (1900-1970) - Rusiya dramaturqu, şairi və ssenaristidir. Onun ən məşhur pyesləri "Mandat" və "İntihar"dır.
Aleksandr Popov (1971) - Sovet və Rusiya üzgüçüsü, dördqat Olimpiya çempionu, altı qat dünya çempionu, 21 qat Avropa çempionu, dəfələrlə dünya və Avropa rekordçusu, Olimpiya ordeninin sahibi və Beynəlxalq Olimpiya Komitəsinin fəxri üzvüdür.
© Sputnik / Нина Зотина / Mediabanka keçidAleksandr Popov
Aleksandr Popov  - Sputnik Azərbaycan, 1920, 15.11.2024
Aleksandr Popov
Vladimir İlyin (1947) - Sovet və Rusiya teatr və kino aktyoru, Rusiyanın xalq artisti, RF Dövlət mükafatı laureatıdır. O, "Müfəttiş", "Qara vual", "Kraliça Margo", "Müsəlman" və s. filmlərdə rol alıb.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidVladimir İlyin
Vladimir İlyin  - Sputnik Azərbaycan, 1920, 15.11.2024
Vladimir İlyin
Aleksandr Malinin (1958) - Sovet və Rusiya estrada müğənnisi, bəstəkar, aktyor və Rusiyanın xalq artistidir.
© Sputnik / Владимир Астапкович / Mediabanka keçidAleksandr Malinin
Aleksandr Malinin - Sputnik Azərbaycan, 1920, 15.11.2024
Aleksandr Malinin
16 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1841-ci ildə ABŞ-da xilasetmə dairəsi patentləşdirilib.
1938-ci ildə SSRİ İdman Komitəsi rəsmi olaraq sambonu (Silahsız Özünümüdafiə) döyüş idman növü kimi populyarlaşdırmağa başlayıb.
1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə (UNESCO) ixtisaslaşmış qurumu yaradılıb.
1966-cı ildə astronomlar tarixin ən güclü meteor selini qeydə alıblar.
1989-cu ildə Çexoslovakiyada "məxməri inqilab" başlayıb.
1995-ci ildə UNESCO-nun 50 illik yubileyi münasibətilə Beynəlxalq Tolerantlıq Günü təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0