https://sputnik.az/20241116/nsanlar-yoxa-cixarsa-planeti-ele-kecire-bilecek-canli-hansidir-468794527.html
İnsanlar yoxa çıxarsa, planeti ələ keçirə biləcək canlı hansıdır?
İnsanlar yoxa çıxarsa, planeti ələ keçirə biləcək canlı hansıdır?
Sputnik Azərbaycan
Uzun müddətdir ki, primatlar insanların mümkün "varisləri" hesab olunurdu. Lakin onlar da insanlarla eyni təhlükələrə qarşı həssasdırlar. 16.11.2024, Sputnik Azərbaycan
2024-11-16T23:57+0400
2024-11-16T23:57+0400
2024-11-16T23:57+0400
planet
elm
insanlar
avropa
avropa
avropa
canlı
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/10/468794361_0:160:3072:1888_1920x0_80_0_0_df004948b2a1bc088b639b7fba91ac6b.jpg
BAKI, 16 noyabr — Sputnik. Bəşər sivilizasiyasının yox olacağı təqdirdə Yer kürəsində hansı növlərin dominant ola biləcəyini açıqlanıb. Bunlar osminoqlardır. Oksford Universitetinin britaniyalı alimləri bu barədə məlumat veriblər. Mütəxəssislərin fikrincə, dəniz onurğasızları planeti ələ keçirmək üçün zəruri "fiziki və əqli keyfiyyətlərə" malikdirlər. Onlar yüksək intellektə malikdirlər, çevikdirlər, hər şeylə maraqlanırlar və bir-biri ilə ünsiyyət qurmağı bacarırlar. Uzun müddətdir ki, primatlar insanların mümkün "varisləri" hesab olunurdu. Lakin onlar da insanlarla eyni təhlükələrə qarşı həssasdırlar. Kritik vəziyyətdə, çox güman ki, eyni problemlərlə üzləşəcəklər və öləcəklər. Osminoqlar isə, bioloqların fikrincə, daha əlverişli mövqedədirlər. "Osminoqlar yer üzündəki ən ağıllı, uyğunlaşa bilən və bacarıqlı canlılardır. Bu canlıların mürəkkəb problemləri həll etmək, obyektləri manipulyasiya etmək və hətta heyrətamiz dəqiqliklə kamuflyaj etmək bacarığı, əlverişli şərait nəzərə alınarsa, onların sivilizasiya növünə çevrilə biləcəyini deməyə əsas verir", - nəzəriyyənin müəllifi, professor Tim Koulson bildirib. Osminoqlar suda yaşayırlar, lakin quruda da 30 dəqiqə yaşaya bilirlər. Elm adamları ehtimal edirlər ki, bu canlılar milyonlarla illik təkamül zamanı açıq havada öz ov üsullarını - məsələn, akvalanqa bənzər nəfəs alma avadanlığını yarada biləcəklər. Ekspertlər bunun sadəcə bir nəzəriyyə olduğunu vurğulayıblar. Müəyyən bir növün milyonlarla il ərzində necə təkamül edəcəyini təxmin etmək mümkün deyil. "İnsanların və primatların nəsli kəsilərsə, osminoqlar onları əvəz edə bilərmi? Düşünürəm ki, çox böyük uğurla", - professor Koulson vurğulayıb. Bundan əvvəl alimlər daş dövründə Avropa əhalisinin azalmasının səbəbini açıqlamışdılar. Bu, vəba epidemiyası olub.
avropa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/10/468794361_171:0:2902:2048_1920x0_80_0_0_88550d8f078e5e3d4ed2576b1b825245.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
planet, insanlar, avropa, avropa, avropa, canlı
planet, insanlar, avropa, avropa, avropa, canlı
İnsanlar yoxa çıxarsa, planeti ələ keçirə biləcək canlı hansıdır?
Uzun müddətdir ki, primatlar insanların mümkün "varisləri" hesab olunurdu. Lakin onlar da insanlarla eyni təhlükələrə qarşı həssasdırlar.
BAKI, 16 noyabr — Sputnik. Bəşər sivilizasiyasının yox olacağı təqdirdə Yer kürəsində hansı növlərin dominant ola biləcəyini açıqlanıb. Bunlar osminoqlardır.
Oksford Universitetinin britaniyalı alimləri bu barədə məlumat veriblər.
Mütəxəssislərin fikrincə, dəniz onurğasızları planeti ələ keçirmək üçün zəruri "fiziki və əqli keyfiyyətlərə" malikdirlər. Onlar yüksək intellektə malikdirlər, çevikdirlər, hər şeylə maraqlanırlar və bir-biri ilə ünsiyyət qurmağı bacarırlar.
Uzun müddətdir ki, primatlar insanların mümkün "varisləri" hesab olunurdu. Lakin onlar da insanlarla eyni təhlükələrə qarşı həssasdırlar. Kritik vəziyyətdə, çox güman ki, eyni problemlərlə üzləşəcəklər və öləcəklər. Osminoqlar isə, bioloqların fikrincə, daha əlverişli mövqedədirlər.
"Osminoqlar yer üzündəki ən ağıllı, uyğunlaşa bilən və bacarıqlı canlılardır. Bu canlıların mürəkkəb problemləri həll etmək, obyektləri manipulyasiya etmək və hətta heyrətamiz dəqiqliklə kamuflyaj etmək bacarığı, əlverişli şərait nəzərə alınarsa, onların sivilizasiya növünə çevrilə biləcəyini deməyə əsas verir", - nəzəriyyənin müəllifi, professor Tim Koulson bildirib.
Araşdırmalar göstərib ki, osminoqlar realı virtual obyektlərdən ayırmaq, tapmacaları həll etmək, öz "əllərindən" - tutacaqlarından istifadə edərək mürəkkəb alətlərdən istifadə etmək və dərin dənizlərdən sahil sularına qədər müxtəlif mühitlərə uyğunlaşmaq qabiliyyətinə malikdirlər. Bundan əlavə, onlar müxtəlif yırtıcıları: molyuskları, krevetləri, balıqları, köpəkbalığı və hətta quşları ovlaya bilirlər. Bütün bunlar onların müvəffəqiyyətlə sağ qalma və çoxalma şanslarını artırır.
Osminoqlar suda yaşayırlar, lakin quruda da 30 dəqiqə yaşaya bilirlər. Elm adamları ehtimal edirlər ki, bu canlılar milyonlarla illik təkamül zamanı açıq havada öz ov üsullarını - məsələn, akvalanqa bənzər nəfəs alma avadanlığını yarada biləcəklər.
Ekspertlər bunun sadəcə bir nəzəriyyə olduğunu vurğulayıblar. Müəyyən bir növün milyonlarla il ərzində necə təkamül edəcəyini təxmin etmək mümkün deyil.
"İnsanların və primatların nəsli kəsilərsə, osminoqlar onları əvəz edə bilərmi? Düşünürəm ki, çox böyük uğurla", - professor Koulson vurğulayıb.
Bundan əvvəl alimlər daş dövründə Avropa əhalisinin azalmasının səbəbini açıqlamışdılar. Bu, vəba epidemiyası olub.