https://sputnik.az/20241116/azerbaycanda-760-mv-liq-gunes-enerji-layiheleri-uzre-maliyye-muqavileleri-imzalanib-468798548.html
Azərbaycanda 760 MV-lıq günəş enerji layihələri üzrə maliyyə müqavilələri imzalanıb
Azərbaycanda 760 MV-lıq günəş enerji layihələri üzrə maliyyə müqavilələri imzalanıb
Sputnik Azərbaycan
2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 mlrd kvt/saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 mln kubmetr... 16.11.2024, Sputnik Azərbaycan
2024-11-16T15:08+0400
2024-11-16T15:08+0400
2024-11-16T15:12+0400
qaradağ
iqtisadiyyat
cop29
müqavilə
imzalanma
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1a/459992241_0:0:3176:1787_1920x0_80_0_0_4747b476144bd519b75bd3567fbd014a.jpg
BAKI, 16 noyabr — Sputnik. COP29 çərçivəsində "SOCAR Green" MMC, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb. Energetika Nazirliyi xəbər verir ki, EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir. 2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir. Energetika naziri Pərviz Şahbazov deyib ki, 760 MVt gücündə günəş elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpa olunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir: "Bu razılaşma, Azərbaycanın "Masdar" şirkəti ilə uğurlu tərəfdaşlığını və investorlar, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və "yaşıl enerji" ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək". "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl-Rəmahi isə bildirib ki, Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnundurlar: "Bu, Qaradağdakı ölkənin ən böyük günəş elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik". Qeyd edək ki, cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaların təməlqoyma mərasimi keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1a/459992241_177:0:2908:2048_1920x0_80_0_0_c844c59635376a5e12d77655c625a7a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaradağ, cop29, müqavilə, imzalanma
qaradağ, cop29, müqavilə, imzalanma
Azərbaycanda 760 MV-lıq günəş enerji layihələri üzrə maliyyə müqavilələri imzalanıb
15:08 16.11.2024 (Yenilənib: 15:12 16.11.2024) 2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 mlrd kvt/saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 mln kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azalması deməkdir.
BAKI, 16 noyabr — Sputnik. COP29 çərçivəsində "SOCAR Green" MMC, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.
Energetika Nazirliyi xəbər verir ki, EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.
Energetika naziri Pərviz Şahbazov deyib ki, 760 MVt gücündə günəş elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpa olunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir: "Bu razılaşma, Azərbaycanın "Masdar" şirkəti ilə uğurlu tərəfdaşlığını və investorlar, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və "yaşıl enerji" ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək".
"Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl-Rəmahi isə bildirib ki, Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnundurlar: "Bu, Qaradağdakı ölkənin ən böyük günəş elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik".
Qeyd edək ki, cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaların təməlqoyma mərasimi keçirilib.