Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ-də əmək bazarı necə dəyişdi: 2024-cü ildə işsizliyin azalması

© Sputnik / Алексей МайшевAİİ
Aİİ - Sputnik Azərbaycan, 1920, 16.11.2024
Abunə olmaq
Azərbaycanda 2024-cü ilin sentyabr ayının sonuna işsizlik səviyyəsi 5,3%-ə enib.
BAKI, 16 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqında (Aİİ) işsizlik səviyyəsi 2024-cü ilin sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% azalaraq 0,8% təşkil edib.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidməti xəbər verir.
Aİİ ölkələrində məşğulluq xidmətlərində qeydiyyatda olan işsizlərin sayı 2024-cü ilin sentyabr ayının sonuna 737,7 min nəfər olub.
Birlik ölkələri arasında işsizlik səviyyəsinə görə Ermənistan 13,8% göstərici ilə birinci yerdədir. Ondan sonra Qazaxıstan (4,7%) və Qırğızıstan (4,1%) gəlir. Belarusda işsizlərin sayı 2,9%, Rusiyada isə 2,6% təşkil edib.
Azərbaycanda işsizlik
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 oktyabr 2024-cü il tarixinə görə ölkədə işsizlərin sayı 216,4 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% azdır.
Maraqlıdır ki, 2024-cü ilin sentyabr ayının sonuna Azərbaycanda işsizlik səviyyəsi 5,4%-dən 5,3%-ə enib.
Son illərdə ən yüksək işsizlik səviyyəsi 2021-ci ilin yanvarında qeydə alınıb ki, bu da 7,2%-dir.
Statistikaya əsasən, işsizlik sığortası üzrə ödənişinin orta məbləği 407,9 manat (1 oktyabr 2023-cü il tarixinə 437,3 manat) təşkil edib.
Xəbər lenti
0